Elza Seyidcahan Ermənistandan konsert vermək istədiyini bildirib.
Bizim.Media xəbər verir ki, “modern.az”a verdiyi müsahibəsində Əməkdar artist qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması fonunda o, Ermənistanda “Qarabağ –Azərbaycandır!” adlı solo konsertlə çıxış etməyə hazırlaşır.
“Yaxın gələcəkdə Ermənistanın mərkəzi meydanında "Qarabağ Azərbaycandır!" -adlı solo konsertimə hazırlaşıram. Əlbəttə ki, o konsertdə məşhur ,sevilən şeirlərimi də, səsləndirəcəyəm”.
Xüsusilə erməni tamaşaçılar üçün Seyidcahan “Əşyalarım”, “Tikim” və “Sapım” adlı şeirlərini səsləndirməyi planlaşdırır.
Bizim.Media