Əməkdar artist Mətanət Atakişiyeva bu gün vəfat edən həmkarı Rəşad Bəxtiyarovun vəfatından danışıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, “Elgizlə izlə” proqramında açıqlama verib.
Aktrisa Azərbaycan Dövlət Akademik Milli Dram teatrında birgə çalışdığı Bəxtiyarovun xəstəliyi ilə bağlı bunları söyləyib:
“Kənardan baxanda deyirlər ki, necə xoşbəxtdirlər, nə edirlər ki? Lakin o qədər əziyyətli bir sənətdir ki... Bizim dostumuz səhnənin tozunu udmaqdan ağ ciyər xərçəngi oldu.
Yayda qış paltarları geyinib tərlədi, qışda soyuqdan üşüdü, bütün bunların nəticəsində bu xəstəliyə tutuldu. Ramiz Novruz, Kamal Xudaverdiyev, Fuad Poladov da eyni xəstəlikdən dünyasını dəyişdi. Bu da səhnədə toz udmaqdan yaranır. Diz çökürük, sürünürük, əllərimiz qapqara olur”.
Bizim.Media