Ramiz Quliyevin oğlu DANIŞDI: “Bu sözü niyə dediyini bilmədim” - VİDEO

Bu gün dünyasını dəyişən Xalq artisti Ramiz Quliyevin dirijor oğlu, Əməkdar artist Əyyub Quliyev atasının vəfatından danışıb.

Bizim.Media xəbər verir ki, sənətçi bu barədə “Xəzər axşamı”na açıqlama verib.

Ə. Quliyev deyib ki, atası dünən xəstəxanadan evə buraxılıb:

“Həm ailə üzvü kimi, həm də onun tələbəsi kimi ağır dəqiqələr yaşayıram. Daxilən peşimanlıq var, ümidlərimiz var idi ki, yaxşı olacaq. Müalicəsi yaxşı gedirdi, müsbət dinamika var idi. Heydər Əliyev Fondunun rəhbərliyi sağ olsun, müalicəsi zamanı bütün prosedurlara nəzarət edirdilər, bizə dəstək oldular, tək qoymadılar.
 

Dünən evə gətirdik, həkimlər belə yönləndirdi, dedilər, “müalicə uğurlu gedir”. Gözlənilmədən bu gün səhər saatlarında onu itirdik. Bir neçə xroniki xəstəliyi var idi, əsas böyrək çatışmazlığından əziyyət çəkirdi. Nəfəs almasında, ağ ciyərlərində problem var idi. Hər şey bir neçə saatın içində gözlənilmədən oldu. Şok içindəyik, hələ də özümüzə gələ bilmirik.


Bir neçə gündür, süni nəfəs aparatından ayrılmışdı. Rahat danışırdı, hamımızı – məni, qardaşımı, anamı xatırlayırdı. Görüşürdük, klinikaya gedirdik, evə gələndə çox sevincli idi. Mübariz insan idi, elə vəziyyət yarandı ki, bir neçə xəstəlik üst-üstə düşdü, müalicə zamanı yaşın təsiri ilə orqanizm tab gətirə bilmədi.

İtkisi hamımız üçün ağırdır, bilirəm ki, yeri həmişə boş qalacaq. Səmimi söhbətlərimiz olmuşdu, dedi ki, “bilirsən xeyirlə şər bir yerdədir”.

Niyə bu sözü dedi, bilmədim... Həmişə deyirdi ki, “geyinib getmək istəyirəm”. Xəstəxanada da bunu dedi”.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Barselona" baş məşqçisi ilə müqaviləni UZADIR

"Barselona" baş məşqçisi ilə müqaviləni UZADIR

ETX-dən vətəndaşlara XƏBƏRDARLIQ

ETX-dən vətəndaşlara XƏBƏRDARLIQ

"Oqtay məni heç vaxt tərifləmirdi"

"Oqtay məni heç vaxt tərifləmirdi"

MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir

MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir

Pensiya alanların NƏZƏRİNƏ

Pensiya alanların NƏZƏRİNƏ

Bu gün İlaxır çərşənbədir

Bu gün İlaxır çərşənbədir

Köçəryan Ermənistan müxalifətindən baş nazir postuna namizəd oldu

Köçəryan Ermənistan müxalifətindən baş nazir postuna namizəd oldu

Mərdəkan çimərliyindəki qətllə bağlı 4 nəfər MƏHKƏMƏ QARŞISINDA

Mərdəkan çimərliyindəki qətllə bağlı 4 nəfər MƏHKƏMƏ QARŞISINDA

La Liqanın ƏN BAHALI futbolçuları kimlərdir?

La Liqanın ƏN BAHALI futbolçuları kimlərdir?

İran İsrail şəhərlərini kaset başlıqlı raketlərlə vurur - VİDEO

İran İsrail şəhərlərini kaset başlıqlı raketlərlə vurur - VİDEO

Fədayə iki ildir efirlərdə olmamasının səbəbini açıqladı - VİDEO

Fədayə iki ildir efirlərdə olmamasının səbəbini açıqladı - VİDEO

Ən təhlükəli spirtli içki növü MÜƏYYƏN EDİLDİ

Ən təhlükəli spirtli içki növü MÜƏYYƏN EDİLDİ

“Apple”dan beş ildən sonra YENİLİK: 549 dollar dəyərində… - FOTO

“Apple”dan beş ildən sonra YENİLİK: 549 dollar dəyərində… - FOTO

Bakıda keçiriləcək UFC turnirinin vaxtı AÇIQLANDI

Bakıda keçiriləcək UFC turnirinin vaxtı AÇIQLANDI

Cənubi Afrika Respublikası ABŞ-ın İranla münasibətləri kəsmək tələbini RƏDD ETDİ

Cənubi Afrika Respublikası ABŞ-ın İranla münasibətləri kəsmək tələbini RƏDD ETDİ

İrandan daha 5 Azərbaycan vətəndaşı təxliyə olundu - FOTO

İrandan daha 5 Azərbaycan vətəndaşı təxliyə olundu - FOTO

“Qarabağ” – “Sabah” matçının vaxtı AÇIQLANDI

“Qarabağ” – “Sabah” matçının vaxtı AÇIQLANDI

Hüseyn Dəryanın OĞLU: “O gün səninlə oyanıb, sənsiz yatdm” - FOTO

Hüseyn Dəryanın OĞLU: “O gün səninlə oyanıb, sənsiz yatdm” - FOTO

Olimpiyaçılarımızın yenilənmiş medalları Bakıya göndərilir

Olimpiyaçılarımızın yenilənmiş medalları Bakıya göndərilir

Tramp: “Bəzi ölkələr Hörmüz boğazının açılmasında kifayət qədər həvəs göstərmirlər”

Tramp: “Bəzi ölkələr Hörmüz boğazının açılmasında kifayət qədər həvəs göstərmirlər”

Ramazanın 27-ci GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Ramazanın 27-ci GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Üç uşaqlı ailələrə bayram öncəsi ŞAD XƏBƏR

Üç uşaqlı ailələrə bayram öncəsi ŞAD XƏBƏR

Eşli Koul İngiltərə klubunun baş məşqçisi oldu

Eşli Koul İngiltərə klubunun baş məşqçisi oldu

Rəsmi Ankara İsrailin Livana hücumlarını PİSLƏDİ - FOTO

Rəsmi Ankara İsrailin Livana hücumlarını PİSLƏDİ - FOTO

End of content

No more pages to load

RADİO