Aylardır eşq yaşadıqları iddia olunan dünyaca məşhur müğənni Keti Perri ilə Kanadanın sabiq baş naziri Castin Trüdo birgə görüntülənib.
Bizim.Media xəbər verir ki, onların münasibəti lüks yaxtalarında çəkilən fotolarla təsdiqlənib.
Belə ki, dünya ulduzu ilə siyasətçinin səmimi anları yaxınlıqdakı turistlər tərəfindən çəkilib.
Onların daha əvvəl bir sıra sosial problemlərlə bağlı təşkil edilən tədbirlərdə tez-tez bir araya gəldikləri, münasibətlərinin də belə başladığı bildirilib.
Bundan əlavə 24 metrlik yaxtanın Keti Perriyə məxsus olduğu qeyd edilib.
Məlumata görə, cütlük daha münasibətlərini gizlətmək istəmir.
Sara, Bizim.Media