Dünən Vüsalə Əlizadənin "7 canlı" proqramının yayımı yarımçıq dayandırılıb.
Hadisə ilə bağlı Bizim.Media olaraq məsələyə aydınlıq gətirmək istədik. "ATV" kanalının mətbuat katibi Ozal İbrahimli efirin texniki nasazlıq səbəbi ilə dayandırıldığını bildirib:
“Efirdə baş verən texniki nasazlığa görə, canlı yayım dayandırılıb. Lakin izləyicilər bu gün Vüsalə Əlizadənin "7 Canlı" verlişini eyni saatda izləyə biləcəklər".
Qeyd edək ki, Təranə Qumral və onun həyat yoldaşı Musa Musayev verilişin qonağı olublar.
Veriliş başladıqdan qısa müddət sonra Qumral mahnı ifa edib. Bu zaman proqramın yayımı yarımçıq dayandırılıb.
Səkinə Yusibli, Bizim.Media