Aktrisa Burcu Kıratlı ilə müğənni həyat yoldaşı Sinan Akçıl boşanmağa hazırlaşır.
Bizim.Media xəbər verir ki, Burcu ayrılıq səbəbinin xəyanət olmadığını söyləyib.
“Araya 3-cü şəxslər girdi. Bizim dərdimiz özümüzlədir. Dərdimiz də iki nəfərlikdir, davamız da, sevgimiz də. Bir-birimizə çox ağır şeylər yaşatmadıq. Sadəcə gözləyirik. Nəticə də yaxınlarda bilinəcək”.
Sinan Akçıl da bir müddət əvvəl hazırda boşanma ərəfəsində olduqlarını açıqlamışdı:
Burcu 2 dəfə aşiq olduğum, 2 dəfə evlənəcək qədər dəyər verdiyim qadındır. Boşana bilərik və ya eyni damın altında yaşamağa davam edə bilərik”.
Qeyd edək ki, cütlük 9 ay evli qaldıqdan sonra 2019-cu ildə boşanmışdı. Ötən ilin fevralında yenidən evlənən Sinanla Burcunun ikinci evliliyi də 1 il davam etmədi.
Bizim.Media