Əli Mirəliyev OD PÜSKÜRDÜ – “Oxuya bilməyən Aygün Kazımova və Sevda Ələkbərzadəyə necə fəxri ad verilib?”

Fəxri ad məsələsi illərdir ki, müzakirə olunur. Bəzi tanınmış ictimaiyyət nümayəndələri fəxri adlardan “Sovet iyi gəldiyini”, onların ləğv olunmasının vaxtı çatdığını bildirir. 

Millət vəkili Fazil Mustafa da fəxri adların ləğv olunmasını dəstəkləyir və titul dalınca qaçmağın xəstəlik, yanlış bir yanaşma olduğunu hesab edir.

Orden və medalın heç bir məna daşımadığını vurğulayan deputat insanlara dəyərin məhz bu titullarla verilməsini doğru addım saymır. Paralel olaraq  mətbuatda, sosial şəbəkələrdə bəzilərinin fəxri ad almaması ilə bağlı şikayət və gileyləri bitmək bilmir. 

Fəxri ad ləğv olunmalıdırmı?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan müğənni Əli Mirəliyev fəxri adların verilməsinin əleyhinə çıxaraq, bu tip titulların ümumiyyətlə yığışdırılmasını istəyib:
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyaya axışan müğənnilərə Əli Mirəliyevdən SƏRT TƏPKİ: “Min oyundan çıxırlar” 


“Dünyanın heç bir ölkəsində fəxri ad yoxdur. Titul və imtiyazlar Sovet dövründə daha çox dəb idi. Qardaş Türkiyədə xalqın sənətçisi Zəki Mürenə nə ad veriblər? Azərbaycanda isə Aygün Kazımova xalq artistidir. Habil Əliyev də Aygün Kazımova da xalq artisti? Bunu necə başa düşək? İndi xalq artisti olanlar oxumağı da bacarmır, ifa yolunu düzgün bilmirlər. Sevda Ələkbərzadə sən necə əməkdar artist ala bilərsən?
 

Üzeyir Hacıbəyovun “Sənsiz” romansının ritmini dəyişib, guya müasir ritmdə oxumusan. Sən kimsən ay qız? Vəziyyət belə olanda, bu cür də əməkdar artistlər olacaq. Mədəniyyətimizin başında duranlar erməni mahnıları, “rok”, “pop” musiqiləri  və gecə klublarında oxuyanlara xalq artisti verirlərsə, vay o millətin halına...”


Əli Mirəliyevin sözlərinə görə illərdir fəxri adların yığışdırılmasını gözləyir:

“Bütün adlar alınmalı və bu məsələdə bazar bağlanmalıdır. Azərbaycan dilində ifa etməyi bacarmayan ölkəsinin xalq və ya əməkdar artisti ola bilməz. Sənətçiyə adı xalq verməlidir. Bakı kiçik şəhərdir və hər kəs yaxşı bilir ki, o adı alanlar hansı alçaqlıqlara gediblər. Onlar gərək özləri bu adlardan imtina etsinlər”, - deyə Əli Mirəliyev əlavə edib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vaşinqton Beynəlxalq Cinayət Məhkəməsini HƏDƏLƏDİ: “Fəaliyyətinə son qoyacağıq!”

Vaşinqton Beynəlxalq Cinayət Məhkəməsini HƏDƏLƏDİ: “Fəaliyyətinə son qoyacağıq!”

Azərbaycanda həkim vəfat etdi - FOTO

Azərbaycanda həkim vəfat etdi - FOTO

Avropa çempionatı: Qadın boksçumuz FİNALDA

Avropa çempionatı: Qadın boksçumuz FİNALDA

İlham Əliyev, Putin və Paşinyan arasında Türkmənistanda qapalı görüş keçirildi

İlham Əliyev, Putin və Paşinyan arasında Türkmənistanda qapalı görüş keçirildi

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bakının 10 küçə və prospektində hərəkət məhdudlaşdırılacaq

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bakının 10 küçə və prospektində hərəkət məhdudlaşdırılacaq

iPhone sevənlərə PİS XƏBƏR: “Apple” istehsalı azaldır

iPhone sevənlərə PİS XƏBƏR: “Apple” istehsalı azaldır

Könül Qasımovanın həbs müddəti UZADILDI

Könül Qasımovanın həbs müddəti UZADILDI

Yaşıllıqlara 32 min manatdan çox ZİYAN DƏYDİ

Yaşıllıqlara 32 min manatdan çox ZİYAN DƏYDİ

Moskva aeroportunda XAOS YARANDI: 370-dən çox reys gecikir - VİDEO

Moskva aeroportunda XAOS YARANDI: 370-dən çox reys gecikir - VİDEO

"Neftçi" - "Sabah" matçının START HEYƏTLƏRİ

"Neftçi" - "Sabah" matçının START HEYƏTLƏRİ

Sumqayıt Xəstəxanasında dərmandan zəhərlənən 11 uşağın SON VƏZİYYƏTİ

Sumqayıt Xəstəxanasında dərmandan zəhərlənən 11 uşağın SON VƏZİYYƏTİ

Ceyranbatanda yaşayış binasındakı yanğın söndürüldü, sakinlər təxliyə olundu

Ceyranbatanda yaşayış binasındakı yanğın söndürüldü, sakinlər təxliyə olundu

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalar TƏTBİQ ETDİ

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalar TƏTBİQ ETDİ

Şagirdlərin məktəbdə əməl etməli olduğu qaydalar – FOTO

Şagirdlərin məktəbdə əməl etməli olduğu qaydalar – FOTO

Tokayev: “Azərbaycanın Xəzər dənizinin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyirik”

Tokayev: “Azərbaycanın Xəzər dənizinin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyirik”

Tibb bacısı bıçaqlandı - Vəziyyəti ağırdır

Tibb bacısı bıçaqlandı - Vəziyyəti ağırdır

Meyvə-tərəvəz ancaq belə yerlərdə satılmalıdır — Qida eksperti

Meyvə-tərəvəz ancaq belə yerlərdə satılmalıdır — Qida eksperti

Rusiyada kişi həyat yoldaşını siren səslərindən qorumaq üçün qeyri-adi üsula əl atdı – VİDEO

Rusiyada kişi həyat yoldaşını siren səslərindən qorumaq üçün qeyri-adi üsula əl atdı – VİDEO

Yerin altında sərvət tapıldı: 2 kilometr dərinliyə getdilər, sonu görünmədi

Yerin altında sərvət tapıldı: 2 kilometr dərinliyə getdilər, sonu görünmədi

Marketdən “təzə qoz” adı ilə aldığı məhsul xarab çıxdı – FOTO

Marketdən “təzə qoz” adı ilə aldığı məhsul xarab çıxdı – FOTO

Adında oyuncaq sözü olub, özü oyuncaq olmayan əşyalar: Lüğətlərdə bu sözlər dəyişdirilə bilər?

Adında oyuncaq sözü olub, özü oyuncaq olmayan əşyalar: Lüğətlərdə bu sözlər dəyişdirilə bilər?

“Qadını bunun qədər xoşbəxt edən hiss yoxdur” – VİDEO

“Qadını bunun qədər xoşbəxt edən hiss yoxdur” – VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər – FOTO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər – FOTO

Ceyranbatanda yaşayış binasında yanğın – VİDEO

Ceyranbatanda yaşayış binasında yanğın – VİDEO

End of content

No more pages to load

RADİO