Mərhum müğənninin oğlundan Könül Kərimovaya sərt xəbərdarlıq: "O, kim idi ki?!"  

Müğənni Könül Kərimova mətbuata müsahibəsində mərhum əməkdar artist Məhəbbət Kazımovun ifasında sevilən, onun bəstəsi kimi bilinən “Laçınım” mahnısının özünə məxsus olduğunu söyləyib.

O, bunu bir neçə nəfərin-Manaf Ağayevin, Elşad Qarayevin, Yusif Mustafayevin, Vasif Məhərrəmlinin bildiyini deyib.

Lakin, V.Məhərrəmli və Y.Mustafayev məsələdən xəbərdar olmadıqlarını  bildiriblər.

Bizim.Media xəbər verir ki, mövzu haqda danışan M.Kazımovun oğlu Rəşid Kazımov “Laçınım” əsərini atasının yazdığını xüsusi vurğulayıb: 

“Könül xanım bəstəkar deyil. Buradan ona sual vermək istəyirəm, dediyi kimidirsə, niyə indi mahnı bəstələmir? Özü də danmır ki, onu Məhəbbət Kazımov sənətə gətirdi.

Kərimovanın yerində başqaları da ola bilərdi. Seçimi belə etdilər, onu qabağa çəkdilər. Bir yerdə işlədilər. Sözügedən mahnının müəllifi atamdır. Hətta mənim şahidlərim də var. O vaxt M.Kazımov tək çalışırdı. Onun adını çəkdiyi insanlar- Yusif Mustafayev, Manaf Ağayev indiki kimi tanınmırdılar. Yadıma gəlir ki, bizim bir obyektimiz var idi, musiqiçilər gəlib-gedərdilər. Həmin şəxslər heç orada olmurdular. Burada suallar yaranır. Nə üçün öz rayonlarından bir mahnı ərsəyə gətirə bilmirlər? Konül Kərimova mahnı bəstələmişdisə, niyə M.Kazımov sağ olanda demirdi? Öləndən sonra nə var ki danışmağa...

Cəsarəti çatırdısa, özünə güvənən bir bəstəkar idisə, o vaxt deyərdi ki, mən yazmışam. Axı olmayıb belə bir şey. Ola da bilməz! Ümumiyyətlə, Könül kim idi ki?! Tanınmırdı, onu M.Kazımov məşhurlaşdırdı.

Ona görə sağlığında bu sözləri deyə bilməzdi. Bunlar yalandır, mahnı Məhəbət Kazımovundur.  “Laçınım”la bağlı bu iddialar davam etsə,  məsələni məhkəmədə həll edəcəm. İkimiz də uşaq deyilik. “Onu mən yazmışam, bunu mən yazmışam” deyir. Özü də hər dəfə biabır olur. Çünki insanlar hər şeyi gözəl bilirlər. Ümid edirəm ki, Könül xanım bundan sonra  anlayar, çox irəli getməz”. (sherg.az) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp demokratları tənqid etdi: “Hər yerdən marixuana iyi gəlir”

Tramp demokratları tənqid etdi: “Hər yerdən marixuana iyi gəlir”

Kubokda 29 ildən sonra rekord TƏKRARLANDI

Kubokda 29 ildən sonra rekord TƏKRARLANDI

Cəlilabadda 18 kilometrlik avtomobil yolu QURULUR

Cəlilabadda 18 kilometrlik avtomobil yolu QURULUR

Peskov: “Rusiya vətəndaşlarının Avropaya səfəri hazırda təhlükəlidir”

Peskov: “Rusiya vətəndaşlarının Avropaya səfəri hazırda təhlükəlidir”

Şəkidə AĞIR QƏZA: Sürücü həyatını itirdi

Şəkidə AĞIR QƏZA: Sürücü həyatını itirdi

"Kim belə fikir çatdırırsa, yalandır"

"Kim belə fikir çatdırırsa, yalandır"

Prezidentin Türkmənistana işgüzar səfəri ilə bağlı VİDEOÇARX

Prezidentin Türkmənistana işgüzar səfəri ilə bağlı VİDEOÇARX

Səkkiz ölkə ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalarına ETİRAZ ETDİ

Səkkiz ölkə ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalarına ETİRAZ ETDİ

Masazırda “Mercedes Vito” YANDI

Masazırda “Mercedes Vito” YANDI

16 yaşdan kiçiklərə enerji içkilərinin satışı QADAĞAN EDİLİR

16 yaşdan kiçiklərə enerji içkilərinin satışı QADAĞAN EDİLİR

Bakı-Moskva-Bakı reysləri DAYANDIRILDI

Bakı-Moskva-Bakı reysləri DAYANDIRILDI

Azərbaycanda Tovuzdan başqa da quş adı ilə rayon varmış – Torağay hansı şəhərimizdir?

Azərbaycanda Tovuzdan başqa da quş adı ilə rayon varmış – Torağay hansı şəhərimizdir?

"Yorulmuşam, təqaüdə çıxmağı gözləyirəm" - VİDEO

"Yorulmuşam, təqaüdə çıxmağı gözləyirəm" - VİDEO

Beynəlxalq Cinayət Məhkəməsindən ABŞ sanksiyalarına CAVAB

Beynəlxalq Cinayət Məhkəməsindən ABŞ sanksiyalarına CAVAB

“Kəpəz” “Araz-Naxçıvan”a QALİB GƏLDİ

“Kəpəz” “Araz-Naxçıvan”a QALİB GƏLDİ

Fransa bu ölkənin iki diplomatını ölkədən QOVDU

Fransa bu ölkənin iki diplomatını ölkədən QOVDU

Vaşinqton Beynəlxalq Cinayət Məhkəməsini HƏDƏLƏDİ: “Fəaliyyətinə son qoyacağıq!”

Vaşinqton Beynəlxalq Cinayət Məhkəməsini HƏDƏLƏDİ: “Fəaliyyətinə son qoyacağıq!”

Azərbaycanda həkim vəfat etdi - FOTO

Azərbaycanda həkim vəfat etdi - FOTO

Avropa çempionatı: Qadın boksçumuz FİNALDA

Avropa çempionatı: Qadın boksçumuz FİNALDA

İlham Əliyev, Putin və Paşinyan arasında Türkmənistanda qapalı görüş keçirildi

İlham Əliyev, Putin və Paşinyan arasında Türkmənistanda qapalı görüş keçirildi

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bakının 10 küçə və prospektində hərəkət məhdudlaşdırılacaq

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bakının 10 küçə və prospektində hərəkət məhdudlaşdırılacaq

iPhone sevənlərə PİS XƏBƏR: “Apple” istehsalı azaldır

iPhone sevənlərə PİS XƏBƏR: “Apple” istehsalı azaldır

Könül Qasımovanın həbs müddəti UZADILDI

Könül Qasımovanın həbs müddəti UZADILDI

Yaşıllıqlara 32 min manatdan çox ZİYAN DƏYDİ

Yaşıllıqlara 32 min manatdan çox ZİYAN DƏYDİ

End of content

No more pages to load

RADİO