Müğənni Mənzurə Musayeva şəxsi həyatı ilə bağlı etiraflar edib.
Bizim.Media xəbər verir ki, bu barədə sənətçi “Tarixin bir günü” verilişində danışıb.
Mənzurə deyib ki, bir müddət öncə yenidən ailə qurmağa hazırlaşıb:
“Elçi düşmüşdü. Məhərrəmlikdən sonra toy etməliydik. O da müğənni idi, ailə qururduq. Sonra fikirləşdim, olmadı. Fikrimdən daşındım. Tanınmış müğənni deyildi, amma imkanlıdır, 20 ildir boşanıb, uşaqları var. Ailə qurmaq barədə fikrim qəti idi. Əslində anam razı olmadı. Dedi ki, lazım deyil. Ailə qurmaq məsələsi bitib, mənə çox elçi düşür, hamısının təklifinə baxıram. Lakin ailə qurmaq fikrim yoxdur”.
Sara, Bizim.Media