Aktyor Elşən Orucov ötən gün vəfat edən Əməkdar artist Cabir İmanovla bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, Elşən instaqramda C. İmanovun vida mərasimindən görüntü paylaşaraq bunları yazıb:
“Nə gülüş ömrü uzadırmış, nə də idman sağlamlıq imiş”.
Qeyd edək ki, Cabir İmanov dünən idman zalında infarkt keçirərək həyatını itirib. Mərhum aktyor bu gün son mənzilə yola salınıb.
Sara, Bizim.Media