Müğənni Xatirə İslam açıqlamaları ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, “Öz aramızda” verilişində qonaq olan sənətçi ailəsindən danışıb.
Xatirə deyib ki, onun üçün birinci yerdə həyat yoldaşı dayanır:
“Ailə qurandan sonra başa düşdüm ki, birinci evimin içindəkilərdir. Ata-ana, bacı-qardaşdan tutmuş qohum-əqrəbaya qədər… Birinci həyat yoldaşım, sonra onlar. Ailə qurana qədər hər şeyim ailəm - anam, atam, qardaşım bacım idi. Evlənəndən sonra birinci Fəxrəddin, sonra Emil, sonra da onlar”.
Sara, Bizim.Media