Dələduzlar bu dəfə şair Nazilə Səfərlini hədəf alıblar.
Bizim.Media xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb.
Şair Gürcüstan nömrəsindən zəng edən şəxsin özünü bank əməkdaşı kimi təqdim etdiiyini bildirib:
"Ehtiyyatlı olun, dələduzluq var! Özünü "Kapital Bank"ın təhlükəsizlik xidməti kimi təqdim edir! Mən həmin bankın müştərisi olmadığım üçün dərhal anladım". (axsam.az)
Bzim.Media