“Bunun üçün evini satanlar var” - Xalq artistindən səs-küylü açıqlama

Müğənnilərin toy asılılığı Azərbaycan şou-biznesində illərdir müzakirə mövzusudur. Əksər ifaçılar səhnədən çox toy məclislərinə üstünlük verir. Bu isə həm sənətin inkişafına, həm də tamaşaçıların musiqi zövqünə mənfi təsir göstərir. Ekspertlər bildirirlər ki, əsas səbəb konsert və albomların gəlir gətirməməsidir.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Xalq artisti Bilal Əliyev “yenisabah.az”a açıqlama verib. 

O qeyd edib ki, Azərbaycanda hələ də bəzi məsələlər öz yerini tapmayıb:

“Qonşu ölkələrlə müqayisədə bizdə verilişə və ya buraxılan albomlara görə sənətçiyə qonorar verilmir. Çox istəyərdim ki, bizdə də belə olsun. Belə olsa, ifaçı da səhnəyə çıxmağı toylara getməkdən üstün tutar. Yeni ifalar və albomlar üzərində işləyərlər. Hazırkı vəziyyət insanların bütün maraqlarını öldürür”. 

Xalq artisti bildirib ki, hazırda bütün müğənnilərin əsas qazanc yeri toy məclisləridir:

“Ondan əlavə, sənətçilərin demək olar ki, gəlir yerləri yoxdur. Konsertlərin bilet qiymətləri münasib deyil. Orada əldə edilən gəlir demək olar ki, ifaçının xərclərinin yarısını belə qarşılamır.

Konsert verən sənətçi yer haqqından tutmuş musiqiçilərin gəlirlərinə qədər hesablamaları aparmalıdır. Ümumi baxanda, biletin pulu bunların heç birinə çatmır. Ona görə də bütün bu halları nəzərə alan sənətçi toyları konsertlərdən üstün tutur. Buna görə də səhnədə olan insanı heç bir halda qınamaq olmaz. Hər kəs çörəyinin dalınca qaçır”.

Bilal Əliyevin sözlərinə görə, konsert verən müğənnilər çox vaxt ciddi maliyyə çətinlikləri ilə üzləşirlər:

“Konsert verən müğənni də ümumi olaraq baxanda görür ki, ölkədə orta maaş səviyyəsi 700-800 manatdır. Bütün bu hallar nəzərə alındıqda bileti baha qiymətə satmaq olmur. Elə bir məbləğ təyin olunur ki, sənətçi də bu konsertdən ziyanla çıxır. Elə ifaçı da var ki, özünü sənətinə qurban verir. Konsert üçün evini, maşınını satır, amma bunu qətiyyən qəbul etmirəm.

Səhnə üçün varını əldən vermək düzgün addım deyil. Mən özüm heç vaxt evimi satıb, konsert vermərəm. İnsan birinci evinin içini düşünməlidir. Qalan hər şey ikinci planda qalmalıdır”.

Xalq artisti əlavə edib ki, toy ifaçılarının da əsas məqsədi pul qazanmaqdır:

“Toya gedən ifaçının da başlıca məqsədi pul qazanmaqdır. Təbii ki, Azərbaycanda toya getmədən də səhnədə öz sözünü deyən ifaçılar var. Bunlara misal olaraq, Zeynəb Xanlarova və Rəşid Behbudovun adını çəkə bilərəm. Yenə də maddiyatın konsert və albom üçün əsas faktor olduğunu bildirmək istəyirəm”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

NATO-dan İrana qarşı müharibəyə qoşulması ilə bağlı AÇIQLAMA – EKSKLÜZİV

NATO-dan İrana qarşı müharibəyə qoşulması ilə bağlı AÇIQLAMA – EKSKLÜZİV

Azərbaycandan ötən il 5 milyard dollar kapital çıxarılıb

Azərbaycandan ötən il 5 milyard dollar kapital çıxarılıb

Sosial şəbəkədəki paylaşımlarına görə o da həbs olundu

Sosial şəbəkədəki paylaşımlarına görə o da həbs olundu

Müəllimlərin maaşı 35 faiz ARTIRILA BİLƏR

Müəllimlərin maaşı 35 faiz ARTIRILA BİLƏR

Bakıda bu il daha bir dünya çempionatı keçiriləcək

Bakıda bu il daha bir dünya çempionatı keçiriləcək

"Bizimkilər səhnədə hoqqabazlıq edirlər" – VİDEO

"Bizimkilər səhnədə hoqqabazlıq edirlər" – VİDEO

İran ABŞ-ın Bağdaddakı səfirliyinə ən güclü zərbəsini endirdi – VİDEO

İran ABŞ-ın Bağdaddakı səfirliyinə ən güclü zərbəsini endirdi – VİDEO

Rubiodan ABŞ diplomatlarına TƏCİLİ ÇAĞIRIŞ – Martın 20-dək...

Rubiodan ABŞ diplomatlarına TƏCİLİ ÇAĞIRIŞ – Martın 20-dək...

Laricani: “Epşteyn şəbəkəsi üzərində tarixi qələbəmiz yaxındır” – FOTO

Laricani: “Epşteyn şəbəkəsi üzərində tarixi qələbəmiz yaxındır” – FOTO

Yerin təkindən istifadə ilə bağlı qaydalar DƏYİŞDİ

Yerin təkindən istifadə ilə bağlı qaydalar DƏYİŞDİ

Monteneqroda 2 Azərbaycan vətəndaşına HÖKM OXUNDU

Monteneqroda 2 Azərbaycan vətəndaşına HÖKM OXUNDU

Bu şəxslərin hərbi xidmət müddəti AZALDILIR

Bu şəxslərin hərbi xidmət müddəti AZALDILIR

Parklanma cəriməsi ilə bağlı YENİLİK – Bu tələb aradan qaldırılır

Parklanma cəriməsi ilə bağlı YENİLİK – Bu tələb aradan qaldırılır

Milli Məclis MDB ilə bağlı Protokolu RATİFİKASİYA ETDİ

Milli Məclis MDB ilə bağlı Protokolu RATİFİKASİYA ETDİ

Çoxuşaqlı ailələrin DİQQƏTİNƏ – Müavinətlərlə bağlı deputatdan AÇIQLAMA

Çoxuşaqlı ailələrin DİQQƏTİNƏ – Müavinətlərlə bağlı deputatdan AÇIQLAMA

Səhər saatlarında Bakıda avtomobil yandı - ANBAAN VİDEO

Səhər saatlarında Bakıda avtomobil yandı - ANBAAN VİDEO

Bakı səmasında uçan dronlarla bağlı xəbərə Siyavuş Novruzovdan REAKSİYA

Bakı səmasında uçan dronlarla bağlı xəbərə Siyavuş Novruzovdan REAKSİYA

Xətaidə çoxmərtəbəli bina yanır - VİDEO

Xətaidə çoxmərtəbəli bina yanır - VİDEO

Deputatdan əlillik təyinatı proseduruna ETİRAZ – “İnsanlar aylarla qərar gözləməməlidir”

Deputatdan əlillik təyinatı proseduruna ETİRAZ – “İnsanlar aylarla qərar gözləməməlidir”

Şagird dərsdən qaçmaq istədi – XƏSARƏT ALDI

Şagird dərsdən qaçmaq istədi – XƏSARƏT ALDI

Saat 12:00-dan 16:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Saat 12:00-dan 16:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ

SEPAH-ın Dəniz qüvvələrinin baş qərargahı belə məhv edildi – VİDEO

SEPAH-ın Dəniz qüvvələrinin baş qərargahı belə məhv edildi – VİDEO

Böyük pul və fürsətlər gələcək - 3 bürcün bəxti açıldı

Böyük pul və fürsətlər gələcək - 3 bürcün bəxti açıldı

End of content

No more pages to load

RADİO