Müğənni Nəfəs şəxsi həyatı ilə bağlı etiraflar edib.
Bizim.Media xəbər verir ki, ifaçı “Rəngarəng”də boşandıqdan sonra böyük oğlundan ayrı qaldığını söyləyib:
“Bir müddət oğlumdan ayrı qalmışam. Atasının yanında idi. Məhkəmə qərarı ilə övladımın biri atasında, biri məndə qalırdı. Az bir müddət belə oldu. Sadəcə həftə sonu yox, hər gün istəyirdim ki, övladım yanımda olsun.
Çətin vaxtlar idi. Birini qucaqlayıb, o birinə görə özümü təsəlli edirdim. Çox çətin idi. Amma özümə söz verdim. İndi ikisi də mənim yanımdadır, mənimlə yaşayırlar, təhsil alırlar. İnşallah Ali məktəbə də daxil olacaqlar”.
Sara, Bizim.Media