Xalq artisti Fatma Mahmudova haqqında yayılan xəbərlərə etiraz edib.
Bizim.Media xəbər verir ki, bu barədə o, “Bizimləsən”də danışıb.
Aktrisa tez-tez ölüm xəbərini yayanlara səslənib:
“Bütün gün yazırlar ki, Allah rəhmət etsin! Qızım oxuyur, deyir, ana, yenə yazıblar. Uşaq pis olur.
Buradan səslənirəm, ay camaat, mən ölməmişəm. Bu ayın 25-də böyük bəstəkarımız Üzeyir Hacıbəylinin “Ər və arvad” musiqili tamaşasında səhnəyə çıxacağam”.
Qeyd edək ki, sənətçi bir müddət öncə insult keçirmişdi.
Sara, Bizim.Media