Məşhur müğənni Ebru Gündəşin həyat yoldaşı, iş adamı Murat Özdemir dünən villasında saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Sözcü” nəşri məlumat yayıb.
Murat Özdemir, Selahəddin Yılmazın rəhbərlik etdiyi “cinayətkar dəstəyə üzv olmaq” ittihamı ilə Acarkentdəki villasında keçirilən əməliyyat zamanı saxlanılıb.
Onun, dəstə rəhbərliyinin göstərişi ilə sənaye zonalarını ələ keçirməkdə ittiham olunduğu iddia edilir.
Qeyd edək ki, Murat Özdemir Ebru Gündəşin dördüncü əridir.
Xatırladaq ki, Ebru Gündəşin keçmiş həyat yoldaşı, iş adamı Rza Zərrab 2016-cı ildə ABŞ-da bank fırıldağı və çirkli pulların yuyulması ittihamı ilə həbs edilmişdi.
Bizim.Media