Əməkdar artist Kübra Əliyeva Xalq artisti Fatma Mahmudovanın görüntülərini paylaşıb.
Bizim.Media xəbər verir ki, aktrisa həmkarının müalicə aldığını bildirən K.Əliyeva paylaşımında ona şəfa diləyib: 
“Müalicə aldığı sanatoriyada yanına getdim. Müalicəsi yaxşı gedir”.
F.Mahmudova özü “Teleqraf.az” açıqlamasında qolunun hərəkətinin hələ də bərpa edilmədiyini deyib: 
“Səhhətim yaxşı deyil, evdə müalicəm davam edir. Müalicə üçün sanatoriyaya getmişdim. Qolumun masajları davam edir”.
Qeyd edək ki, 70 yaşlı F.Mahmudova 2 dəfə insult keçirib. Bu yaxınlarda isə onun qolu sınmışdı. 


Bizim.Media
 
			 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						