Xalq artisti Flora Kərimova bu gün vəfat edən şair Məmməd İsmayılla bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, sənətçi instaqramda mərhumla arxiv videosunu paylaşaraq bunları yazıb:
“Kimlərimiz var idi, kimləri itirdik! Sizin sözünüzlə deyirəm, İsmayıl bəy, Tanrı şimşəkləriylə imza atıb, qol çəkdi bu ayrılığa. İndən belə hər dinlənən nisgilli sətrinizdə həsrətinizi çəkmək bizə qalandır. Allah sizə rəhmət eləsin”.
Sara, Bizim.Media