“Nigarı hədəf almaq düzgün deyil” - Tolik

Aparıcı-prodüser Tarix Əliyev (Tolik) Avroviziya qalibimiz Nigar Camalın müdafiəsinə qalxıb.

Bizim.Media xəbər verir ki, bu barədə o “show_news”a şərh yazıb.

Belə ki, Tolik Nigarın Əməkdar artist Fərqanə Qasımova ilə qalmaqalı ilə bağlı bunları yazıb:
 

“Məncə, həm bir çox izləyicilər, həm də şou-biznes cameəsində olan insanlar DreamFest-in necə keçdiyini tam anlamırlar. Bu, bir festivaldır, musiqi bayramıdır. Tədbir dəniz kənarında keçirildiyinə görə, insanlar rahat geyinə bilərlər. Hətta bəzi tanınmışların komanda üzvləri şortikdə də gəlmişdilər.


Buradakı geyimləri hansısa möhtəbər saray tədbiri ilə müqayisə etmək düzgün deyil - bu, yay festivalıdır. İnsanlar oraya əylənmək, istirahət etmək üçün gəlirlər.
 

Nigar isə, mənim fikrimcə, Azərbaycan mədəniyyətində bir çox özünü “bir nömrə” sayan, Youtube, TikTok, Instaqram izləyicilərinin sayı ilə özünü böyük sima kimi təqdim edən “bozbaş müğənnilər”dən min qat artıq müğənnidir. Onun sənətdə adı var, izi var.


Bu gün mən düşünürəm ki, Fərqanə xanım muğam sənətində öz sözünü demiş bir sənətkardır, sənətkarımızın da qızıdır. Ancaq Fərqanə xanımın bu gün qışqıra-qışqıra oxuyub, “muğam ifaçısıyam” deyib, əslində isə muğamdan bixəbər olan, mərsiyə üslubunda ifalar edən müğənnilərə irad bildirməsi daha yerinə düşərdi.
 

Toylarda yüz manat alıb, kimin isə anasına tərif oxuyan, “mənim səsim var, çünki muğam oxuyuram” deyən bəzi müğənnilərə söz deməsi daha düzgün olardı. Çünki Fərqanə xanımın sənəti buna layiqdir, irad bildirməyə haqqı çatır.


Amma Nigar məncə, şou-biznesin ən parlaq simalarından biridir. Əgər onun geyimi ona yaraşıbsa və özü belə istəyibsə, biz azad ölkədə yaşayırıq, hər kəs öz seçiminə görə yaşaya bilər.
 

Nigar heç vaxt TikTok, Instagram və Youtube vasitəsilə özünü önə çıxarmağa çalışmayıb. Əri ola-ola başqa kişilərin hesabına irəliləyən bəzi sosial media məşhurlarından tam fərqli olaraq, Nigar Azərbaycanı rəsmi olaraq Avroviziyada təmsil edib və ölkəmizə birinciliyi qazandıran ilk qadın ifaçıdır.


Fikrimcə, belə bir insanı oturduğu yerdə hədəfə almaq düzgün deyil.

Nigar da, Aysel də Avropa səhnəsində Azərbaycan bayrağını ucaldan sənətçilərdir. Niyə onları bu cür tənqid edirlər?Niyə bundan sonra ora muğam oxuyanları göndərmirlər?Bu gün burada haqlı olan Nigardır”.

Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yazda gündüz yuxululuğunun səbəbləri və həll yolları açıqlandı

Yazda gündüz yuxululuğunun səbəbləri və həll yolları açıqlandı

Bir sıra istiqamətlər üzrə müntəzəm avtobus marşrutları müsabiqəyə ÇIXARILIR

Bir sıra istiqamətlər üzrə müntəzəm avtobus marşrutları müsabiqəyə ÇIXARILIR

Vüsalə qardaşının MƏZARINDA: “Bu gün hesabat günüm idi” - FOTO

Vüsalə qardaşının MƏZARINDA: “Bu gün hesabat günüm idi” - FOTO

Ağdamda QƏZA: Xəsarət alanlar var

Ağdamda QƏZA: Xəsarət alanlar var

DİQQƏT: Bu ərazidə işıq olmayacaq

DİQQƏT: Bu ərazidə işıq olmayacaq

BƏƏ Hörmüz boğazının açılması üzrə koalisiyaya qoşula bilər

BƏƏ Hörmüz boğazının açılması üzrə koalisiyaya qoşula bilər

FHN əməkdaşları sahibkarlara mallarını çıxarmalarına köməklik göstərirlər - FOTO/VİDEO

FHN əməkdaşları sahibkarlara mallarını çıxarmalarına köməklik göstərirlər - FOTO/VİDEO

Gürcüstanda matəm ELAN EDİLDİ

Gürcüstanda matəm ELAN EDİLDİ

Bakıda yük avtomobillərindən oğurluq edən şəxs TUTULDU

Bakıda yük avtomobillərindən oğurluq edən şəxs TUTULDU

SON DƏQİQƏ: Lalə Azərtaşın verilişi də bağlandı

SON DƏQİQƏ: Lalə Azərtaşın verilişi də bağlandı

Ceyhun Bayramov Əraqçi ilə DANIŞDI: “Dron hucumları ilə bağlı araşdırmaların tamamlanması vacibdir”

Ceyhun Bayramov Əraqçi ilə DANIŞDI: “Dron hucumları ilə bağlı araşdırmaların tamamlanması vacibdir”

Ramazanın 29-cu GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Ramazanın 29-cu GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Sabah Ağstafada 12 mindən çox abonent QAZSIZ QALACAQ

Sabah Ağstafada 12 mindən çox abonent QAZSIZ QALACAQ

Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi

Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi

Alena Əliyeva əsaslı bərpa və konservasiya işlərindən sonra Buxara karvansarasının açılışında - FOTO

Alena Əliyeva əsaslı bərpa və konservasiya işlərindən sonra Buxara karvansarasının açılışında - FOTO

Sahibkarlar yanan Dərnəgül bazarından mallarını çıxarmağa çalışırlar - FOTO/VİDEO

Sahibkarlar yanan Dərnəgül bazarından mallarını çıxarmağa çalışırlar - FOTO/VİDEO

Gürcüstanın Katolikos-Patriarxı VƏFAT ETDİ

Gürcüstanın Katolikos-Patriarxı VƏFAT ETDİ

Söyüş bloqerlərinin nümayiş etdirdiyi foto saxta çıxdı - FOTO

Söyüş bloqerlərinin nümayiş etdirdiyi foto saxta çıxdı - FOTO

Xocalıda Torpaq çərşənbəsi böyük coşqu ilə qeyd olunub - FOTO

Xocalıda Torpaq çərşənbəsi böyük coşqu ilə qeyd olunub - FOTO

Zelenski: “Ukraynalı ekspertlər Yaxın Şərq ölkələrinə “Shahed” PUA-larını zərərsizləşdirməkdə kömək edəcək” – VİDEO

Zelenski: “Ukraynalı ekspertlər Yaxın Şərq ölkələrinə “Shahed” PUA-larını zərərsizləşdirməkdə kömək edəcək” – VİDEO

Zaur Kamalın da verilişi BAĞLANDI - VİDEO

Zaur Kamalın da verilişi BAĞLANDI - VİDEO

33 il sonra Kəlbəcərdə Novruz tonqalı QALANDI - FOTO

33 il sonra Kəlbəcərdə Novruz tonqalı QALANDI - FOTO

"Mançester Yunayted" heyətdə köklü dəyişikliklər edir

"Mançester Yunayted" heyətdə köklü dəyişikliklər edir

Binəqədidəki yanğınla bağlı avtomobillərin hərəkətində məhdudlaşma yoxdur - RƏSMİ

Binəqədidəki yanğınla bağlı avtomobillərin hərəkətində məhdudlaşma yoxdur - RƏSMİ

End of content

No more pages to load

RADİO