Alim Qasımovdan rep oxuduğuna görə onu tənqid edənlərə REAKSİYA – VİDEO

Son günlər sosial şəbəkələrdə xalq artisti, dünya şöhrətli muğam ustası Alim Qasımovun bir el şənliyində rep ifa etməsi ilə bağlı yayılan görüntülər geniş müzakirələrə səbəb olub. Sürətlə yayılan video müxtəlif tənqidi fikirlərlə qarşılanıb və ictimaiyyət arasında maraqlı reaksiyalara səbəb olub.

Bəzi sosial media istifadəçiləri bu addımı sənətkarın müasir trendlərlə ayaqlaşmaq bacarığı kimi qiymətləndirərək alqışlayıblar. Digər tərəfdən isə, bəzi izləyicilər rep ifasını sənətkarın klassik muğam üslubuna uyğun olmayan bir eksperiment kimi dəyərləndirərək tənqid ediblər. Onlar hesab edirlər ki, belə bir sənət irsi daşıyıcısının bu janra müraciət etməsi uyğun deyil.

Xalq artisti Alim Qasımov Bizim.Media-ya açıqlamasında məsələyə münasibət bildirib. O, həmin ifanın əvvəlcədən planlaşdırılmadığını və sadəcə olaraq dostcasına, zarafatla baş tutduğunu deyib:

“Əlbəttə, bu bir zarafat idi. Hər şey təbii şəkildə baş verdi, planlaşdırılmış bir şey deyildi. Bir az əyləncə olsun deyə improvizə etdim. Amma görünür ki, zarafat ciddi müzakirəyə çevrildi. Söhbət bağlansın artıq,” – deyə sənətkar bildirib.

Qeyd edək ki, Alim Qasımov Azərbaycan musiqi mədəniyyətinin ən tanınmış simalarından biri olaraq həm ölkə daxilində, həm də beynəlxalq arenada muğam sənətinin təbliğində müstəsna rol oynayıb.  Onun bu cür spontan çıxışları da sənətkarın sənətə olan yaradıcı yanaşmasının təzahürü kimi qiymətləndirilə bilər.


Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Laricaninin öldürüldüyü yerin görüntüləri yayıldı - VİDEO

Laricaninin öldürüldüyü yerin görüntüləri yayıldı - VİDEO

DİN yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirildi – FOTO

DİN yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirildi – FOTO

“Neftçi” bu futbolçu ilə razılığa gələ BİLMİR

“Neftçi” bu futbolçu ilə razılığa gələ BİLMİR

Bacılarını bıçaqlayan qardaşdan yeni XƏBƏR VAR

Bacılarını bıçaqlayan qardaşdan yeni XƏBƏR VAR

Martın sonuna qədər güclü geomaqnit qasırğası olacaq?

Martın sonuna qədər güclü geomaqnit qasırğası olacaq?

İraq Ceyhan limanı ilə neft ixracına başladı

İraq Ceyhan limanı ilə neft ixracına başladı

TƏBİB-də yüksəkvəzifəli şəxs işdən çıxarıldı

TƏBİB-də yüksəkvəzifəli şəxs işdən çıxarıldı

Azərbaycanda əməkhaqqı kalkulyatoru istifadəyə VERİLDİ

Azərbaycanda əməkhaqqı kalkulyatoru istifadəyə VERİLDİ

Trampın QİSAS PLANI – Hörmüzün intiqamını Avropadan bu yolla ALACAQ

Trampın QİSAS PLANI – Hörmüzün intiqamını Avropadan bu yolla ALACAQ

Azərbaycan XİN: Çanaqqala şəhidlərinin əziz xatirəsini dərin hörmətlə anırıq

Azərbaycan XİN: Çanaqqala şəhidlərinin əziz xatirəsini dərin hörmətlə anırıq

"Bizimləsən" bağlansa da, bu verilişlə efirə çıxacaqlar

"Bizimləsən" bağlansa da, bu verilişlə efirə çıxacaqlar

“Kəpəz” doğma stadionuna nə vaxt QAYIDACAQ?

“Kəpəz” doğma stadionuna nə vaxt QAYIDACAQ?

İranın kəşfiyyat naziri də öldürüldü

İranın kəşfiyyat naziri də öldürüldü

Əli Laricani və oğlunun TABUTLARI - FOTO

Əli Laricani və oğlunun TABUTLARI - FOTO

Ceyhun Bayramov Səudiyyə Ərəbistanına yola düşdü

Ceyhun Bayramov Səudiyyə Ərəbistanına yola düşdü

Lalə Azərtaş verilişinin bağlanması ilə bağlı iddialara belə REAKSİYA VERDİ - FOTO

Lalə Azərtaş verilişinin bağlanması ilə bağlı iddialara belə REAKSİYA VERDİ - FOTO

Şantajçı blogerlərə feyk görüntüləri kim ÖTÜRÜB? – VİDEO

Şantajçı blogerlərə feyk görüntüləri kim ÖTÜRÜB? – VİDEO

Bayram günlərində TƏBİB gücləndirilmiş rejimdə işləyəcək

Bayram günlərində TƏBİB gücləndirilmiş rejimdə işləyəcək

Bu şəxslər universitetə imtahansız qəbul ola BİLƏCƏKLƏR

Bu şəxslər universitetə imtahansız qəbul ola BİLƏCƏKLƏR

Ağdamda yeniyetmə qəza törətdi: Dostu faciəli ŞƏKİLDƏ ÖLDÜ

Ağdamda yeniyetmə qəza törətdi: Dostu faciəli ŞƏKİLDƏ ÖLDÜ

Çubuqlu kəndi nə vaxt QAZLAŞDIRILACAQ? - FOTO

Çubuqlu kəndi nə vaxt QAZLAŞDIRILACAQ? - FOTO

“İncirlik” bazasında daha bir “Patriot” yerləşdirilir

“İncirlik” bazasında daha bir “Patriot” yerləşdirilir

Riçard Almeydanın yeni klubu BƏLLİ OLDU

Riçard Almeydanın yeni klubu BƏLLİ OLDU

“Çimməyə 5 dəqiqə vaxt verirdi” - Qayınanasını öldürməyindən danışdı

“Çimməyə 5 dəqiqə vaxt verirdi” - Qayınanasını öldürməyindən danışdı

End of content

No more pages to load

RADİO