“Mən bu sənətlə qurtarmışam” deyən Rəvan Habiloğlu haradadır?

Bir vaxtlar səsi ilə könülləri fəth edən Rəvan Habiloğlundan uzun illərdir ki, xəbər yoxdur.

Efirlərdən, səhnədən, sənətdən birdəfəlik uzaqlaşan sənətçinin harada olması, nə işlə məşğul olması bir çoxlarını maraqlandırır. Vaxtilə “Dərd əlindən”, “Sevənlər qovuşmadı”, “Anlamadın”, “Üşüdüm” kimi mahnıları ilə tanınan ifaçı artıq nə oxuyur, nə də görünür.

Onun sənətdən uzaqlaşması, bizneslə məşğul olması, hətta ölkədən köçməsi ilə bağlı yayılan xəbərlər də bu marağı daha da artırır.

Bizim.Media xəbər verir ki, “Musavat.com” məsələni araşdırmaq üçün Rəvan Habiloğlunun ailə üzvü ilə əlaqə saxlayıb.

Məlum olub ki, sənətçi hazırda Azərbaycandadır. Ailə üzvünün dediyinə görə, o, bir müddət xarici ölkədə istirahətdə olub və yenicə ölkəyə qayıdıb. Lakin hazırda nə işlə məşğul olduğu açıqlanmayıb.

Qeyd edək ki, Rəvan Habiloğlu Xalq artisti, kamança ifaçısı Habil Əliyevin oğludur. O, yaradıcılığında uzun fasilələrlə yadda qalıb. Müğənninin sənətdən getməsi də özü qədər maraqlı olub. Müsahibələrinin birində bu barədə belə deyirdi:

“Heç bir səbəb olmadan bir antikampaniya başladı mənə qarşı. Uğurlarım yadınızdadır. Amma birdən-birə televiziya və radioların qapısı üzümə bağlandı. Mən də məcbur çıxıb getdim”.
2016-cı ildə isə “Azərbaycanlı müğənni 16 il sonra səhnəyə qayıdır” başlıqlı xəbərlər dolaşırdı.

O vaxt Rəvan deyirdi ki, illər onu dəyişsə də, şou-biznes heç dəyişməyib. Və bu dəfə sənətdən birdəfəlik ayrılmamaq şərti ilə qayıtdığını bəyan edirdi. Amma yenə də olmadı. Səssizliyə qapılan müğənni 2020-ci ildə son dəfə Zaur Kamalın aparıcısı olduğu verilişə telefonla bağlanaraq atası haqqında danışmış, daha sonra isə bir daha efirlərə çıxmayacağını demişdi:

“Mən bu sənətlə qurtarmışam. Yaşım da o yaş deyil”.

Əslində Rəvan Habiloğlu sənətə də qeyri-adi yolla gəlib. Daxili İşlər Nazirliyində və Gömrük Komitəsində müxtəlif strukturlarda işlədikdən sonra, atası onun sənətə meylini görərək musiqiyə yönləndirib. Sənətə 29-30 yaşında gəlməsini gec saymayan Rəvan bu yaşda səsin daha yetkin və sabit olduğunu deyirdi.

“Əgər o sahələri sevsəydim, qalardım. Amma sevə bilmədim. Atam da axırda gördü ki, evdə ancaq musiqi yazıram. Bir neçə mütəxəssisə qulaq asdırdı, onlar da dedilər ki, bu uşağı gizlətmək günahdır. Beləcə sənətə gəldim”.

Məlumata görə, hazırda 57  olan sənətçi 2015-ci ildə ikinci dəfə ailə həyatı qurub. O, hazırda nə musiqi ilə məşğuldur, nə də sənətə qayıtmaq fikrindədir. İndiki Rəvan bir vaxtların məşhur “Üşüdüm” ifaçısından tamamilə uzaq görünür...

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Neftçi” bu futbolçu ilə razılığa gələ BİLMİR

“Neftçi” bu futbolçu ilə razılığa gələ BİLMİR

Bacılarını bıçaqlayan qardaşdan yeni XƏBƏR VAR

Bacılarını bıçaqlayan qardaşdan yeni XƏBƏR VAR

Martın sonuna qədər güclü geomaqnit qasırğası olacaq?

Martın sonuna qədər güclü geomaqnit qasırğası olacaq?

İraq Ceyhan limanı ilə neft ixracına başladı

İraq Ceyhan limanı ilə neft ixracına başladı

TƏBİB-də yüksəkvəzifəli şəxs işdən çıxarıldı

TƏBİB-də yüksəkvəzifəli şəxs işdən çıxarıldı

Azərbaycanda əməkhaqqı kalkulyatoru istifadəyə VERİLDİ

Azərbaycanda əməkhaqqı kalkulyatoru istifadəyə VERİLDİ

Trampın QİSAS PLANI – Hörmüzün intiqamını Avropadan bu yolla ALACAQ

Trampın QİSAS PLANI – Hörmüzün intiqamını Avropadan bu yolla ALACAQ

Azərbaycan XİN: Çanaqqala şəhidlərinin əziz xatirəsini dərin hörmətlə anırıq

Azərbaycan XİN: Çanaqqala şəhidlərinin əziz xatirəsini dərin hörmətlə anırıq

"Bizimləsən" bağlansa da, bu verilişlə efirə çıxacaqlar

"Bizimləsən" bağlansa da, bu verilişlə efirə çıxacaqlar

“Kəpəz” doğma stadionuna nə vaxt QAYIDACAQ?

“Kəpəz” doğma stadionuna nə vaxt QAYIDACAQ?

İranın kəşfiyyat naziri də öldürüldü

İranın kəşfiyyat naziri də öldürüldü

Əli Laricani və oğlunun TABUTLARI - FOTO

Əli Laricani və oğlunun TABUTLARI - FOTO

Ceyhun Bayramov Səudiyyə Ərəbistanına yola düşdü

Ceyhun Bayramov Səudiyyə Ərəbistanına yola düşdü

Lalə Azərtaş verilişinin bağlanması ilə bağlı iddialara belə REAKSİYA VERDİ - FOTO

Lalə Azərtaş verilişinin bağlanması ilə bağlı iddialara belə REAKSİYA VERDİ - FOTO

Şantajçı blogerlərə feyk görüntüləri kim ÖTÜRÜB? – VİDEO

Şantajçı blogerlərə feyk görüntüləri kim ÖTÜRÜB? – VİDEO

Bayram günlərində TƏBİB gücləndirilmiş rejimdə işləyəcək

Bayram günlərində TƏBİB gücləndirilmiş rejimdə işləyəcək

Bu şəxslər universitetə imtahansız qəbul ola BİLƏCƏKLƏR

Bu şəxslər universitetə imtahansız qəbul ola BİLƏCƏKLƏR

Ağdamda yeniyetmə qəza törətdi: Dostu faciəli ŞƏKİLDƏ ÖLDÜ

Ağdamda yeniyetmə qəza törətdi: Dostu faciəli ŞƏKİLDƏ ÖLDÜ

Çubuqlu kəndi nə vaxt QAZLAŞDIRILACAQ? - FOTO

Çubuqlu kəndi nə vaxt QAZLAŞDIRILACAQ? - FOTO

“İncirlik” bazasında daha bir “Patriot” yerləşdirilir

“İncirlik” bazasında daha bir “Patriot” yerləşdirilir

Riçard Almeydanın yeni klubu BƏLLİ OLDU

Riçard Almeydanın yeni klubu BƏLLİ OLDU

“Çimməyə 5 dəqiqə vaxt verirdi” - Qayınanasını öldürməyindən danışdı

“Çimməyə 5 dəqiqə vaxt verirdi” - Qayınanasını öldürməyindən danışdı

Sosial-əyləncə proqramlarının dayandırılmasının PƏRDƏARXASI

Sosial-əyləncə proqramlarının dayandırılmasının PƏRDƏARXASI

Hindistanlı həkimlər və tələbələr İrandan Azərbaycana GƏLDİ – FOTO

Hindistanlı həkimlər və tələbələr İrandan Azərbaycana GƏLDİ – FOTO

End of content

No more pages to load

RADİO