Müğənnidan TƏNQİD: “Hamısı “üç badam bir qoz” mahnılardır” – VİDEO

Həzi Aslanov adına Ordu və İdeoloji Mədəniyyət Mərkəzinin “Mahnı və rəqs ansamblı”nın solisti Kəmalə Xəlilli açıqlamaları ilə diqqət çəkib. 

Bizim.Media ilə həmsöhbət olan sənətçi bayağı mahnılardan və ifaçılardan söz açıb:

“Yeni mahnım işıq üzü gürdü, efirə tez-tez çıxacam. Müəyyən bir fasilə verməyi planlaşdırıram, payız aylarında yeni layihələrə, klip çəkilişlərinə başlayacam. Mən yaradıcı insanam, sənətimlə məşğulam, başqa heç nə məni maraqlandırmır. Söz-söhbətdən uzağam. Verilişlərə də dəvət edirlər sənət qalır kənarda, başqa suallar verirlər. Bilmirsən ki, yaradıcılıqdan danışasan, yoxsa qalmaqallı söhbətlərə baş qoşasan. Amma söz-söhbəti heç sevmirəm. Sevirəm ki, aparıcı məni dəvət edirsə, yeni layihələrimdən, bəstələrdən, mahnılardan danışsınlar. Amma bunlar qıraqda qalır, reytinq üçün söz-söhbət yaradırlar. İnanın ki, belə şeylərə ehtiyac duymuram. O insanlar söz-söhbət yaradırlar ki, yeni planları işləri yoxdur. Bir-iki nəsə təqdim edib qalmaqalla gündəmdə qalmaq istəyirlər. İş, yaradıcılıq kənarda qalır, boş-boş söhbətlər edirlər. Bu günümüzün faciəsi bayağı mahnılardır. Adlarını çəkmək istəmirəm, amma özləri çox gözəl bilir, gündəmdə olan adamlardır.  İnanın sənətdən xəbərləri olmayan insanlardır, boş-boş şeylərdir. Mahnılar heç nədir, bəstəsi, sözləri məlum deyil kimindir. Əvvəllər bilinirdi ki, bəstəkar kimdir, şair kimdir.  İndi çıxıb deyirlər ki, bəstəkları da, ifaçısı da, şairi də mənəm. Buna öz-fəaliyyət kimi baxıram. Heç bir yaradıcılıqdan söhbət gedə bilməz. Hər bir işin öz peşəkarı var. Necə istedad olmalısan ki, bunların hamısı səndə cəmlənsin. Ona da inanmıram, çünki indiki mahnılar da ortadadır. Kim deyirsə, bunu özüm bəstələmişəm, yazmışam, hamısı “üç badam bir qoz”dur. Ömrü də çox az olur, 3 günlük mahnılardır. İllərdir yaşayan mahnılarımız var, korifey sənətkarlarımız, bəstəkarlarımız olub. Bu gün isə çox azdır”.

O bildirib ki, hazırda bayağılıq artıb:

“Zaman gələcək bunların hamısı aradan qaldırılacaq, yenə də həmin günlər qayıdacaq, hər şey öz yerini tapacaq. Bacardığım qədər bu şeylərdən, bayağı mahnılardan uzağam. Oxuyacağım çox gözəl sənətkar mahnıları var. Bəstəkarlarımızın əsərlərini səsləndirirəm, elə də davam edəcəyəm. Mənim ruhum da belədir. İndi desinlər ki, bu mahnını oxu nəsə əldə edəcəksən. Mən orada nəsə tapmıram. Oxuyanda özümü xoşbəxt hiss etməliyəm, özümü görmürəm, həm də xarakterimə uyğun deyil. Pis musiqi yoxdur, pis ifaçı var. Elə bir mahnıya yeni nəfəs verə bilərik ki, möhtəşəm olar. Amma bunlar guya yenilik yaradır, sintez edirlər. İndi də meyxana ilə qarışdırırlar, sintez edirlər. Meyxana tipli mahnılar olur. Nə bəndi var, nə nəqarəti, nə musiqisi. Ona görə də ömrü olmur o mahnıların. Yaşım az olsa da, sənətkarlar içində böyümüşəm, elə dahilər görmüşəm ki... Rəşid Behbudov adına Mahnı Teatrında solist işləyəndə kollektivdən eşitmişdim. Deyirdilər ki, Rəşid Behbudov bir mahnı üzərində 6 ay işləyirmiş. Sonra qərara gəlirmiş ki, bu mahnını yazdırım ya yox. Ona görə də o mahnılar bu gün də aktuallığını saxlayıb, min illər də keçsə, qalacaq. Sənətkarlar o mahnıların üzərində aylarla çalışıblar, məşq ediblər. Yoxa mümkün deyil ki, gedim studiyaya ağzıma gələni oxuyum. O mahnının ömrü də olmayacaq, heç ona mahnı da demək olmaz”.



Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Laricaninin öldürüldüyü yerin görüntüləri yayıldı - VİDEO

Laricaninin öldürüldüyü yerin görüntüləri yayıldı - VİDEO

DİN yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirildi – FOTO

DİN yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirildi – FOTO

“Neftçi” bu futbolçu ilə razılığa gələ BİLMİR

“Neftçi” bu futbolçu ilə razılığa gələ BİLMİR

Bacılarını bıçaqlayan qardaşdan yeni XƏBƏR VAR

Bacılarını bıçaqlayan qardaşdan yeni XƏBƏR VAR

Martın sonuna qədər güclü geomaqnit qasırğası olacaq?

Martın sonuna qədər güclü geomaqnit qasırğası olacaq?

İraq Ceyhan limanı ilə neft ixracına başladı

İraq Ceyhan limanı ilə neft ixracına başladı

TƏBİB-də yüksəkvəzifəli şəxs işdən çıxarıldı

TƏBİB-də yüksəkvəzifəli şəxs işdən çıxarıldı

Azərbaycanda əməkhaqqı kalkulyatoru istifadəyə VERİLDİ

Azərbaycanda əməkhaqqı kalkulyatoru istifadəyə VERİLDİ

Trampın QİSAS PLANI – Hörmüzün intiqamını Avropadan bu yolla ALACAQ

Trampın QİSAS PLANI – Hörmüzün intiqamını Avropadan bu yolla ALACAQ

Azərbaycan XİN: Çanaqqala şəhidlərinin əziz xatirəsini dərin hörmətlə anırıq

Azərbaycan XİN: Çanaqqala şəhidlərinin əziz xatirəsini dərin hörmətlə anırıq

"Bizimləsən" bağlansa da, bu verilişlə efirə çıxacaqlar

"Bizimləsən" bağlansa da, bu verilişlə efirə çıxacaqlar

“Kəpəz” doğma stadionuna nə vaxt QAYIDACAQ?

“Kəpəz” doğma stadionuna nə vaxt QAYIDACAQ?

İranın kəşfiyyat naziri də öldürüldü

İranın kəşfiyyat naziri də öldürüldü

Əli Laricani və oğlunun TABUTLARI - FOTO

Əli Laricani və oğlunun TABUTLARI - FOTO

Ceyhun Bayramov Səudiyyə Ərəbistanına yola düşdü

Ceyhun Bayramov Səudiyyə Ərəbistanına yola düşdü

Lalə Azərtaş verilişinin bağlanması ilə bağlı iddialara belə REAKSİYA VERDİ - FOTO

Lalə Azərtaş verilişinin bağlanması ilə bağlı iddialara belə REAKSİYA VERDİ - FOTO

Şantajçı blogerlərə feyk görüntüləri kim ÖTÜRÜB? – VİDEO

Şantajçı blogerlərə feyk görüntüləri kim ÖTÜRÜB? – VİDEO

Bayram günlərində TƏBİB gücləndirilmiş rejimdə işləyəcək

Bayram günlərində TƏBİB gücləndirilmiş rejimdə işləyəcək

Bu şəxslər universitetə imtahansız qəbul ola BİLƏCƏKLƏR

Bu şəxslər universitetə imtahansız qəbul ola BİLƏCƏKLƏR

Ağdamda yeniyetmə qəza törətdi: Dostu faciəli ŞƏKİLDƏ ÖLDÜ

Ağdamda yeniyetmə qəza törətdi: Dostu faciəli ŞƏKİLDƏ ÖLDÜ

Çubuqlu kəndi nə vaxt QAZLAŞDIRILACAQ? - FOTO

Çubuqlu kəndi nə vaxt QAZLAŞDIRILACAQ? - FOTO

“İncirlik” bazasında daha bir “Patriot” yerləşdirilir

“İncirlik” bazasında daha bir “Patriot” yerləşdirilir

Riçard Almeydanın yeni klubu BƏLLİ OLDU

Riçard Almeydanın yeni klubu BƏLLİ OLDU

“Çimməyə 5 dəqiqə vaxt verirdi” - Qayınanasını öldürməyindən danışdı

“Çimməyə 5 dəqiqə vaxt verirdi” - Qayınanasını öldürməyindən danışdı

End of content

No more pages to load

RADİO