"Mənə Almaxanımın toyu olduğunu deməmişdilər"

Müğənni İzzət Bağırov bacısı qızı, xanəndə Almaxanım Əhmədlinin toyunu niyə tez tərk etməsinə aydınlıq gətirib.

Bizim.Media xəbər verir ki, bu barədə ifaçı "Həftənin qonağı" verilişində danışıb.

O, vurğulayıb ki, toyun olacağından xəbəri olmayıb: "Bu sualı Almaxanıma verin. Mənim heç toydan xəbərim yox idi. Toy danışılmışdı, ondan sonra bildim ki, məclisdir.

Bacım mənə zəng vuranda, söylədim ki, bəs bunu mənə deyin də. Axı mən toy danışmışam.

Mən də toy yiyəsinə dedim ki, behinizi ikiqat qaytarım mənim bacım qızının toyudur, orada iştirak etməliyəm. Cavab verdi ki, “yox, əhdim var”. Bəyin atasının toyunda mən oxumuşdum.

O, da deyib ki, “26 il əvvəl toyumda sən oxumusan, indi də oğlumun şad günüdür, sən ifa etməlisən”. Elə toylar çox olur, kiçik məclisində oxumuşam, böyük toyuna çağırırlar. Ya öz toyunda olmuşam, indi oğlunun məclisidir, çağırırlar. Dedi, “bilirəm, Almaxanımın toyudur.

Mənim qardaşımı da Vüqar Əhməd (şair, Almaxanımın atası - red.) çağırıb”. Söylədi ki, “icazə verərəm o toya 1 saat gedib-gələrsən, bizi incitmə”. Cavab verdim ki, baş üstə.

Toy günü saat 9-da dedim ki, mən gedim. O saata qədər də dayanmadan oxumuşam ki, toy yiyəsinin gözünü yorum, ordakılar da məndən bezsinlər, gedə bilim, deməsinlər, İzzət harada qaldı, gəlmədi.

Özümlə 2 ifaçı da aparmışdım. Onlara dedim ki, oxuyun, gəlirəm. Maşına minib məclisə gəldim, birbaşa səhənəyə getdim. Söz verdilər, danışdım, tez oxudum, təbrik etdim, qohumlarla görüşdüm, qayıtdım. 15 dəqiqə oxudum, 35-40 dəqiqə toyda oldum. Hamı da qohum, tanış çoxdur, onlarla görüşdüm. Bir də gördüm ki, artıq çıxmalıyam. Vüqarla aramız pis deyildi, amma bilmirəm toyu niyə Elçin Hüseynov apardı. İstəkləri elə olub ki, o aparsın. Nə deyə bilərəm

Aramız pis olsa, toya getməzdim. Sadəcə mənə deməmişdilər. Söylədilər ki, Elçin aparacaq məclisi. Elçin deyib ki, “aparıcı mən olacağam, onun bir dayısı da mənəm”. Mən də müdaxilə etmədim.

İncimədim, ürəkləri belə istəyib. Güclə deyə bilmərəm ki, toyu mən aparım. Hamı danışdı bu barədə, amma günahkar mən deyildim. Mən heç vaxt onların işinə qarışmamışam. Tahirə (İzzətin bacısı oğlu - red.) qarışa bilərəm, çünki ona atalıq etmişəm. Amma Almaxanıma qarışa bilmərəm. Birincisi atası var, ikincisi də həyat yoldaşı .Bütün işlərini atası həll edir. Bir ara o atasız heç yerə getmirdi. İndi həyat yoldaşı Murad onu əvəz edir. Onların sənət, özəl həyatlarına müdaxilə etmirəm. Belə şeyləri xoşlamıram. Mənim himayəmdə olmayan adamın işinə qarışa bilmərəm". (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DTX tərəfindən saxlanılan Saleh Səmədovun həbs müddəti UZADILDI

DTX tərəfindən saxlanılan Saleh Səmədovun həbs müddəti UZADILDI

Saat 14:00-dan 16:30-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Saat 14:00-dan 16:30-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

DİN-dən bayramla bağlı Qarabağa səfər edənlərə MÜRACİƏT – FOTO/VİDEO

DİN-dən bayramla bağlı Qarabağa səfər edənlərə MÜRACİƏT – FOTO/VİDEO

Qubada ailə dramı, 2 nəfər həyatını İTİRDİ - Hadisə yerindən VİDEOREPORTAJ

Qubada ailə dramı, 2 nəfər həyatını İTİRDİ - Hadisə yerindən VİDEOREPORTAJ

Əraqçi Makronu sərt tənqid etdi

Əraqçi Makronu sərt tənqid etdi

ABŞ Senatı İranla bağlı Trampa “yaşıl işıq” yandırdı

ABŞ Senatı İranla bağlı Trampa “yaşıl işıq” yandırdı

Bu ölkədə mağazalar, restoranlar və ticarət mərkəzləri tez bağlanacaq – SƏBƏB

Bu ölkədə mağazalar, restoranlar və ticarət mərkəzləri tez bağlanacaq – SƏBƏB

Dövlət qulluqçularının NƏZƏRİNƏ: Əlavələr ləğv edildi, maaşın baza hissəsi artırıldı

Dövlət qulluqçularının NƏZƏRİNƏ: Əlavələr ləğv edildi, maaşın baza hissəsi artırıldı

Əminə Ərdoğan "Kuruluş Orhan"ın çəkiliş meydançasında – FOTO

Əminə Ərdoğan "Kuruluş Orhan"ın çəkiliş meydançasında – FOTO

Bakıdan regionlara gedənlərə ŞAD XƏBƏR

Bakıdan regionlara gedənlərə ŞAD XƏBƏR

İran müharibəsi Avropa iqtisadiyyatını tənəzzülə sürükləyir - Sorbonna Universitetinin dosenti

İran müharibəsi Avropa iqtisadiyyatını tənəzzülə sürükləyir - Sorbonna Universitetinin dosenti

Paşinyan GÖSTƏRİŞ VERDİ – Bu Universitetin rəmzindən Ağrı dağının şəkli çıxarılacaq - FOTO

Paşinyan GÖSTƏRİŞ VERDİ – Bu Universitetin rəmzindən Ağrı dağının şəkli çıxarılacaq - FOTO

Hazırda İranı kim İDARƏ EDİR?

Hazırda İranı kim İDARƏ EDİR?

Trampın işdən qovduğu şəxs Əli Xameneinin və Laricaninin öldürülməsini PİSLƏDİ

Trampın işdən qovduğu şəxs Əli Xameneinin və Laricaninin öldürülməsini PİSLƏDİ

Alen Simonyanın BAŞI BƏLADA: Korrupsiya Komitəsi yoxlamalara başladı

Alen Simonyanın BAŞI BƏLADA: Korrupsiya Komitəsi yoxlamalara başladı

Bayram namazı nə vaxt qılınacaq?

Bayram namazı nə vaxt qılınacaq?

Osimhenin qolunun sındığı anın VİDEOSU

Osimhenin qolunun sındığı anın VİDEOSU

Xankəndidə bayram yarmarkası fəaliyyətə başladı - FOTO

Xankəndidə bayram yarmarkası fəaliyyətə başladı - FOTO

“Hər şey mümkündür”: İnklüziv inkişafı dəstəkləyən master-klass təşkil olunub

“Hər şey mümkündür”: İnklüziv inkişafı dəstəkləyən master-klass təşkil olunub

Ramazan bayramı martın 20-ə təsadüf edir

Ramazan bayramı martın 20-ə təsadüf edir

Azərbaycanda ÜDM artımı ilə bağlı YENİ PROQNOZ

Azərbaycanda ÜDM artımı ilə bağlı YENİ PROQNOZ

O da Nəsrinin serialında olacaq – FOTO

O da Nəsrinin serialında olacaq – FOTO

Fitrə zəkatının məbləği açıqlandı – QMİ-dən FƏTVA

Fitrə zəkatının məbləği açıqlandı – QMİ-dən FƏTVA

ADNSU 123 vəzifəyə işçi axtarır – SİYAHI

ADNSU 123 vəzifəyə işçi axtarır – SİYAHI

End of content

No more pages to load

RADİO