Xalq artisti Naibə Allahverdiyevaya ağır itki üz verib.
Bizim.Media xəbər verir ki, aktrisanın Rusiyada yaşayan qardaşı Arif dünyasını dəyişib.
Sənətçi bu xəbəri “Elgizlə izlə” proqramında eşidib. Belə ki, Elgiz Əkbər N. Allahverdiyevaya “Sizin Samarada yaşayan qardaşınız var? Deyirlər, dünən dünyasını dəyişib”, - deyərək, bəd xəbəri çatdırıb.
Bu zaman aktrisanın halı dəyişib və ağlayaraq studiyanı tərk edib.
Sara, Bizim.Media