Qlükoza kimi tanınan rusiyalı müğənni Natalya Çistyakova-İonova Şeremetyevo hava limanının zalında sərxoş vəziyyətdə saxlanılıb.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, müğənni əvvəlcə tibbi müayinədən imtina edib.
Daha sonra onun narkotik istifadə etdiyi məlum olub. Məhkəmə Qlükozanın azyaşlı uşaqları olduğu üçün cəzanı yüngülləşdirib. Nəticədə o, narkotik istifadə etdiyinə görə 5 min rubl cərimələnib və sərbəst buraxılıb.
Bizim.Media