Müğənni Emil Bədəlov yeni doğulan qızı Cahanla bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında qızının fotosunu izləyiciləri bölüşüb.
Diqqətçəkən məqam isə Emilin ilk dəfə körpənin üzünü açıq şəkildə göstərməsi olub.
Bədəlov, paylaşımına "Cahan xanımın 40 gündən sonra ilk istirahəti" şərhini yazıb.
Qeyd edək ki, Xalq artisti Firuz Əliyevin qızı Xanımla ailəli olan Emilin Səadət və Zeynəb adlı iki qızı da var.
Rəşad Əliyev, Bizim.Media