Nahidə Orucova: "Sənəti seçib, 12 yaşında qızımı atasına verdim"

"12 yaşında qızımı atasına verdim. Onun məktəbi, hazırlıqlarına o nəzarət edirdi. İstəyirdim ki, gözünün qabağında olsun. Atasından özüm ayrılsam da, uşağı ondan ayırmamışam. Həmişə demişəm ki, qoy, uşaq fikrində tutsun ki, anam da, atam da başımın üstündədir. Yəni, özünü yarımçıq hiss etməsin. Mütəmadi olaraq görüşürdük, gəlirdi-gedirdi, qalırdı. 12 yaşına qədər nə vermişəmsə, mən vermişəm ona. O, buna heç vaxt nəsə deməyib. Çünki onu atmamışam".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Nahidə Orucova qonaq olduğu "Həftənin qonağı" verilişində deyib.

Aktrisa bildirib ki, başı sənətinə qarışdığı üçün  qızına onun keçmiş həyat yoldaşı (atası) baxıb:

"Mənim işim elə idi ki, bəzən gecə də çəkilişlər olurdu. Atası razı olmurdu ki, uşaq tək qalsın. Həm də cavanlıq idi. Daha çox sənətə, karyeraya meyil göstərdim. Vaxtı ilə uşağa istədiyimiz kimi baxmadığıma görə, indi nəvəmə o sevgini vermək istəyirəm. Uzun müddət razı olmamışam onu atasına verməyə. Amma sonra düşündüm ki, mən burada təkəm. 

Qoy, uşaq ailə mühütində böyüsün. Qızımın xasiyyəti atası kimi tünddür. Həmişə deyir ki, “o nədir verilişdə geyinmisən?” Biz ayrılanda keçmiş həyat yoldaşımın maddi vəziyyəti yaxşı idi.

Çox təkliflər etdi ki, “sənətdən ayrıl, sənə biznes qurum”. Mənim üçün sənət hər şeydən irəli idi. Sırf sənətə görə biz ayrıldıq. Dedi, “mən işimdən ayrıldım, sən də ayrıl”. Fikirləşirəm ki, gərək onda ailəmdən yapışaydım. Amma onda sənətim olmayacaqdı. Ailə yox, sənət məni xoşbəxt etdi. Çətin oldu mənim üçün".

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bağdadda Mərakeş səfirliyinin yaxınlığında PUA vurulub

Bağdadda Mərakeş səfirliyinin yaxınlığında PUA vurulub

ABŞ-nin məşhur aktyoru vəfat etdi

ABŞ-nin məşhur aktyoru vəfat etdi

Ukrayna Rusiyaya məxsus vertolyotu vurub

Ukrayna Rusiyaya məxsus vertolyotu vurub

Nadir Qafarzadə nəvələri ilə - FOTO

Nadir Qafarzadə nəvələri ilə - FOTO

Başımız niyə ağrıyır? Təbabət bu suala hələ də cavab axtarır

Başımız niyə ağrıyır? Təbabət bu suala hələ də cavab axtarır

Rui Jorjenin köməkçisi kim olacaq?

Rui Jorjenin köməkçisi kim olacaq?

Evlənmək istəyənlərdə ən çox bu xəstəliklər AŞKARLANIR

Evlənmək istəyənlərdə ən çox bu xəstəliklər AŞKARLANIR

Bölgələrdə hava necədir?

Bölgələrdə hava necədir?

“Kimsə başqasının övladını incitməsin” - FOTOLAR

“Kimsə başqasının övladını incitməsin” - FOTOLAR

İranın kəşfiyyat naziri Seyid İsmayıl Xətibin dəfn mərasimi keçirilir - VİDEO

İranın kəşfiyyat naziri Seyid İsmayıl Xətibin dəfn mərasimi keçirilir - VİDEO

Körpə süddən digər qidalara keçəndə immun sistemində hansı dəyişikliklər baş verir?

Körpə süddən digər qidalara keçəndə immun sistemində hansı dəyişikliklər baş verir?

Putin Pezeşkiana mesaj yolladı: "İranın yanındayıq!"

Putin Pezeşkiana mesaj yolladı: "İranın yanındayıq!"

O da ARB TV-dən getdi

O da ARB TV-dən getdi

Naxçıvanda daun sindromlu uşaqların sayı açıqlanıb

Naxçıvanda daun sindromlu uşaqların sayı açıqlanıb

Azərbaycanda buğda ilə özünütəminetmə səviyyəsi NİYƏ AZALIR?

Azərbaycanda buğda ilə özünütəminetmə səviyyəsi NİYƏ AZALIR?

Zelenski ilə Orban arasında sərt QARŞIDURMA – Brüssel görüşü nəticəsiz bitdi

Zelenski ilə Orban arasında sərt QARŞIDURMA – Brüssel görüşü nəticəsiz bitdi

Problemli kreditlərin həcmi artıb

Problemli kreditlərin həcmi artıb

Bu günün ULDUZ FALI

Bu günün ULDUZ FALI

Kubadan ABŞ-a sərt cavab: Hakimiyyət dəyişikliyi müzakirə olunmur

Kubadan ABŞ-a sərt cavab: Hakimiyyət dəyişikliyi müzakirə olunmur

Daha bir avtobusda gedişhaqqı artırıldı

Daha bir avtobusda gedişhaqqı artırıldı

Həmədanda zəlzələ olub

Həmədanda zəlzələ olub

Dəhşətli ailə faciəsi – Hamilə qadın və 5 uşağı yanğın zamanı həyatını itirdi - FOTO/VİDEO

Dəhşətli ailə faciəsi – Hamilə qadın və 5 uşağı yanğın zamanı həyatını itirdi - FOTO/VİDEO

Professor Lalə Əlizadə VƏFAT EDİB

Professor Lalə Əlizadə VƏFAT EDİB

Azərbaycan pambıq ipliyi istehsalını artırıb

Azərbaycan pambıq ipliyi istehsalını artırıb

End of content

No more pages to load

RADİO