Türkiyəli aktrisa Demet Ersoy dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, 48 yaşlı sənətçinin ölümünə səbəb Bodrumda otellərdən birinin eyvanından yıxılması olub.
Demetin içkili vəziyyətdə olması iddia olunub. Baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.
Qeyd edək ki, D.Ersoyun bir övladı var.
Rəşad Əliyev, Bizim.Media