Ölkəmizdə əmi, dayı və xala uşaqlarının nikahı qadağan edilir.
Bizim.Media xəbər verir ki, müzakirə dolu məsələ ilə bağlı Xalq artisti Faiq Ağayev sosial şəbəkə hesabında şərh yazıb.
"Ürəyinizə heyran, necə də safsınız. Yaxın qohumların evliliyinə qadağa qoyulmasına elə də sevinirsiniz ki,... Bir fikirləşən olubmu nəticəsi nə olacaq? "Şüvənist"lərin lənətlədiyi vətəndaş nikahlarının (qeydiyyatsız ailələr - red.) sayı artacaq. "Yuxarı baxırsan - bığ, aşağı baxırsan - saqqal" məsələsi...", - deyə Faiq bildirib.
Rəşad Əliyev, Bizim.Media