Aparıcı Çinarə Əliyevanın yeni dünyaya gələn körpəsi vəfat edib.
Bizim.Media xəbər verir ki, körpə doğulandan sonra ciyərində yırtıq olduğu məlum olub.
Bütün müdaxilələrə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Çinarə iyunun 6-da ana olub. Aparıcı körpəsini qeysəriyyə yolu ilə dünyaya gətirib.
Xəbəri ilk olaraq “PrimeTime” səhifəsi yayımlayıb.
Xatırladaq ki, Çinarə Əliyeva plastik cərrah Ruslan Rəsul ilə evlidir.
Rəşad Əliyev, Bizim.Media