Son günlər evliliklərində problem yaranan və bu səbəbdən boşanma xəbərləri yayılan dünya şöhrətli cütlük Cennifer Lopez və Ben Afflek cəmi bir il əvvəl aldıqları 60 milyon dollarlıq villalarını satışa çıxarıblar.
Bizim.Media xəbər verir ki, bu haqda “Page Six” nəşri məlumat yayıb.
Məlumatda qeyd olunub ki, cütlüyün malikanəsi elan saylarının birində 1-5 iyun tarixləri arasında yerləşdirilib. Belə bir informasiyanın yayılması isə cütlüyün ayrıldığı xəbərlərini daha da gücləndirib. Digər iddialara görə isə Cennifer bu addımı insanları rekord dərəcədə aşağı bilet satılan turunun ləğv xəbərlərindən yayındırmaq üçün atıb.



Rəşad Əliyev, Bizim.Media