Tatar əsilli Rusiyalı müğənni Alsu milyonçu əri Yan Abramovdan boşanır.
Bizim.Media xəbər verir ki, cütlük 18 illik evlilikdən sonra ayrılmaq qərarına gəlib.
Boşanma səbəbləri hələlik məlum deyil.
Onların üç övladı var. Ən kiçiyi Rafaelin səkkiz yaşı var.
Əmlakın və hüquqların bölünməsi ilə bağlı iddialar boşandıqdan sonra veriləcək.
Rəşad Əliyev, Bizim.Media