Azərbaycanda da xeyli sayda izləyici kütləsi olan "Kuruluş Osman" teleserialı mövsüm finalı edəcək.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş rolunu Burak Özçivitin canlandırdığı serialın iyunun 12-də mövsüm finalı bölümü yayımlanacaq.
Məlumata görə, tarixi motivlər əsasında ekranlaşdırılan serial sentyabr ayında yeni mövsümündə qaldığı yerdən davam edəcək.
Bizim.Media