Sayca 68-ci "Avroviziya-2024" mahnı müsabiqəsinin finalı başlayıb.
Bizim.Media xəbər verir ki, İsveçin Malmö şəhərində 25 ölkə təmsilçisi qalib olmaq üçün mübarizə aparır.
Finala vəsiqə qazanan ölkələr İsveç, Almaniya, İspaniya, Böyük Britaniya, Fransa, İtaliya, Latviya, Avstriya, Norveç, İsrail, Yunanıstan, Estoniya, İsveçrə, Gürcüstan, Ermənistan, Serbiya, Portuqaliya, Sloveniya, Ukrayna, Litva, Finlandiya, Kipr, Xorvatiya, İrlandiya, Lüksenburqdur.
Niderland finala vəsiqə qazansa da yarımfinaldakı çıxışından sonra baş vermiş qalmaqallı hadisə səbəbindən yarışmadan kənarlaşdırılıb.
Qeyd edək ki, ölkəmizi yarışmada Fahree (Fəxri İsmayılov) və İlkin Dövlətöv "Özünlə apar" mahnısı ilə təmsil etsələr də, finala çıxa bilməyiblər.
Rəşad Əliyev, Bizim.Media