Bu gün İsveçin Malmö şəhərində sayca 68-ci nüfuzlu "Avroviziya" beynəlxalq mahnı müsabiqəsinin finalı olacaq.
Bizim.Media xəbər verir ki, 26 ölkə təmsilçisi qalibiyyət uğrunda mübarizə aparacaq.
Finala çıxan ölkələr İsveç, Almaniya, İspaniya, Böyük Britaniya, Fransa, İtaliya, Latviya, Avstriya, Niderland, Norveç, İsrail, Yunanıstan, Estoniya, İsveçrə, Gürcüstan, Ermənistan, Serbiya, Portuqaliya, Sloveniya, Ukrayna, Litva, Finlandiya, Kipr, Xorvatiya, İrlandiya, Lüksenburqdur.
Qeyd edək ki, ölkəmizi yarışmada Fahree (Fəxri İsmayılov) və İlkin Dövlətöv "Özünlə apar" mahnısı ilə təmsil etsələr də, finala vəsiqə qazana bilməyiblər.
Rəşad Əliyev, Bizim.Media