Rövşanə Ağasəfqızı: “Efirlərə çıxıb özlərinə kişi və var-dövlət axtarırlar” – ÖZƏL 

“İşsiz deyiləm. Hazırda iki böyük şirkətin ictimaiyyətlə əlaqələr şöbəsində çalışıram. Aparıcı olaraq efirlərdən uzaqlaşmışam. Mütəmadi olaraq məni verilişlərə qonaq çağırırlar və ekspert kimi iştirak edirəm. Diqqətimi daha çox sosial mediaya yönləndirmişəm. Buna rəğmən televiziyada baş verənləri kənardan izləyirəm. Kənardan gördüklərim isə daha fərqlidir”. 

Bu sözləri məşhur aparıcı Rövşanə Ağasəfqızı Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib. 

Rövşanə efirdən uzaqlaşmasının səbəbini aylar əvvəl çalışdığı “Space” televiziyasında aparıcısı olduğu verilişlərinin səbəbsiz yerə kanalın rəhbəri Vado Karovin tərəfindən bağlanması ilə əlaqələndirib: 

“Yenə də təkrar edirəm ki, heç bir səbəb göstərilmədi. Amma mən telekanallardan özümə uyğun maraqlı təkliflər gözləyirəm”. 

R.Ağasəfqızı həmkarı Kamran Həsəninin “Efiri bazara çeviriblər. Necə ki, bazarda pomidoru pulla alırsan, efirdə də hər verilişin özünün müəyyən məbləği var, guya digərindən daha səviyyəli olan veriliş daha çox pul tələb edir.

Çünki yaxşı hesab olunan verilişlərin aparıcılarının saxlayanı var və kiçik məbləğə razılaşmır” fikirlərinin səhv olduğunu bildirib: 

“Bu Kamran Həsəninin şəxsi düşüncəsidir. Bu fikirləri isə hamıya şamil etmək olmaz. Ümumiyyətlə, kimlərinsə şəxsi, intim həyatını iş həyatına qarışdırmağı doğru hesab etmirəm. Bu fikirlərin isə illərin peşəkar televiziya adamına da yaraşdırmıram. Hər kəsin şəxsi həyatı var. Kamranın söylədiyi “Yaxşı hesab olunan verilişlərin aparıcılarının saxlayanı var” fikirləri bütün televiziya aparıcılara aid etmək olmaz. Bütün hallarda şəxsi həyat şəxsidir”. 

Rövşanə vurğulayıb ki, mədəniyyəti və səviyyəsi olmayan ifaçılar efirlərə çıxaraq özlərinə kişi və var-dövlət axtarırlar:  

“Demək olar ki, televizoru açıb verilişlərə baxmıram. Çünki buna vaxtım yoxdur. Ancaq sosial şəbəkələr üzərində verilişlərdən paylaşılan videolar qabağıma çıxır. Onları izləyəndə təbii ki, çox məqamlar xoşuma gəlmir. Hər oyuna getmək, hər bir yola əl atmaq, efirə aidiyyəti olmayan, səviyyə ölçüsü bilinməyən şəxslərin efirlərə ayaq açması aparıcılar və layihə müəllifləri qarşısında qoyulan “reytinq planı”dır. Onlar da bunları etməyə məcburdular. 

Əminəm ki, tanıdığım və peşəkarlığına əmin olduğum aparıcıların hazırda televiziyada baş verənlər heç də ürəyincə deyil. Çünki az-çox televiziyadan başı çıxan, mətbəxini bilən, savadı və biliyi olan insan görüb və anlayır ki, bu şəxsi efirə buraxmaq olmaz. Bu tip şəxslər efirlərə çıxıb özlərinə kişi, ər və ya var-dövlət axtarırlar. Onlar efirlərdə elə şeylər danışırlar ki, kənardan çox qeyri-etik görünür. 
Televiziyaçı olduğuma görə, təbii ki, bu məqamları anlayıram. Çünki ayın sonunda verilişindəki reytinqə görə, kanaldan müvafiq maaş alacaqsan. Bütünlüklə girisən bu işin içinə və məcbursan ki, bu qazanın içində qaynayasan. İnanın ki, kənardan çox biədəb görünür”. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Adını dəyişmək istəyənlərə MƏHDUDİYYƏTLƏR: Kimlərə "yox" deyilir?

Adını dəyişmək istəyənlərə MƏHDUDİYYƏTLƏR: Kimlərə "yox" deyilir?

Ərəb monarxiyaları İranla müharibəni seçir

Ərəb monarxiyaları İranla müharibəni seçir

Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-a gedir

Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-a gedir

Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-a gedir

Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-a gedir

İspaniyada Tramp və Putinin heykəli yandırıldı - FOTO

İspaniyada Tramp və Putinin heykəli yandırıldı - FOTO

“Ərəb ölkələrindən İrana son xəbərdarlıq” - Hakan Fidan detalları açıqladı

“Ərəb ölkələrindən İrana son xəbərdarlıq” - Hakan Fidan detalları açıqladı

SON DƏQİQƏ: İran İsrailə yeni raket zərbələri endirdi

SON DƏQİQƏ: İran İsrailə yeni raket zərbələri endirdi

Britaniyanın atom sualtı qayığı Ərəb dənizinə gəldi

Britaniyanın atom sualtı qayığı Ərəb dənizinə gəldi

Tramp: “İran artıq razılaşma istəyir”

Tramp: “İran artıq razılaşma istəyir”

Qalibaf İsraili lağa qoydu: Dimonada raketləri tuta bilmirsə...

Qalibaf İsraili lağa qoydu: Dimonada raketləri tuta bilmirsə...

Qədim Misirdə də rəssamlar səhvlərdən sığortalanmayıblar

Qədim Misirdə də rəssamlar səhvlərdən sığortalanmayıblar

"Böyük Dəbilqə" turniri: Son gündə 3 idmançımız mübarizəyə başlayır

"Böyük Dəbilqə" turniri: Son gündə 3 idmançımız mübarizəyə başlayır

Azərbaycanın nə qədər su ehtiyatları var?

Azərbaycanın nə qədər su ehtiyatları var?

Mask süni intellektin imkanlarından danışdı: 3 il ərzində...

Mask süni intellektin imkanlarından danışdı: 3 il ərzində...

Hərbi helikopter dənizə düşdü - Ekipaj üzvləri axtarılır

Hərbi helikopter dənizə düşdü - Ekipaj üzvləri axtarılır

Nəriman ABŞ-da ilk oyununa çıxdı - KOMANDASI UDUZDU - VİDEO

Nəriman ABŞ-da ilk oyununa çıxdı - KOMANDASI UDUZDU - VİDEO

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur”

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur”

Şirvan sakini bıçaqlandı

Şirvan sakini bıçaqlandı

XİN başçısı: İranın azad etdiyi Yaponiya vətəndaşı Azərbaycandadır

XİN başçısı: İranın azad etdiyi Yaponiya vətəndaşı Azərbaycandadır

İRANA SƏRT XƏBƏRDARLIQ: Hörmüz boğazı 48 saat ərzində açılmasa...

İRANA SƏRT XƏBƏRDARLIQ: Hörmüz boğazı 48 saat ərzində açılmasa...

Tramp İranla razılaşmada maraqlı olmadığını açıqladı

Tramp İranla razılaşmada maraqlı olmadığını açıqladı

İsrail Tehranda nüvə tədqiqat mərkəzinə zərbə endirdi

İsrail Tehranda nüvə tədqiqat mərkəzinə zərbə endirdi

FHN-dən əhaliyə növbəti MÜRACİƏT

FHN-dən əhaliyə növbəti MÜRACİƏT

"Çelsi" Rozenyorun yeni müqaviləsində özünü necə sığortaladı?

"Çelsi" Rozenyorun yeni müqaviləsində özünü necə sığortaladı?

End of content

No more pages to load

RADİO