Rusiyalı aktyor Sergey Burunov Azərbaycana gəlib.
Bizim.Media xəbər verir ki, paytaxt Bakını gəzən sənətçi İçərişəhərdə çəkdirdiyi fotoları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Burunov 1969-cu ildə lentə alınan, rejissor Leonid Qaydayın məşhur “Brilyant əl” filmindəki “lənət olsun” səhnəsini təkrarlayıb.
Qeyd edək ki, sözügedən ekran əsərinin çəkilişlərinin bir hissəsi Bakıda İçərişəhərdə lentə alınıb.
Rəşad Əliyev, Bizim.Media