Elnar Xəlilov: “Boşananda dost kimi ayrılın” - VİDEO

“Yaşadığım 2020-ci ilə peşmanam. Çünki verdiyim həm birinci, həm də ikinci qərarı verən mənəm. Yəni seçən də, sevən də, evlənən də, boşanan da mənəm. Günah özümdədir. Mən xanımda niyə günah axtarım? O xanım mənim uşağımın anasıdır. Ona dediyim o sözlər emosiya üzərində söylənilmiş sözlərdir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Elnar Xəlilov qonaq olduğu “Xəbər-ətər” verilişində deyib. 

İlk evliliyindən söz açan sənətçi bildirib ki, boşansa da, xanımı oğullarının soyadını dəyişdirməyib: 

“Kişilərə məsləhətim xanımlarınızdan boşananda dost kimi ayrılın. Bunu isə mənə böyük oğlumun anası öyrətdi. Gördüm ki, xəbərim olmadan o xanım bu illər ərzində oğlumuzu mənə dost edibmiş. Oğlum futbola gedir. Görürəm ki, yazılıb Xəlilov Yusub. Soyadımı daşıyır. Keçmiş xanımım istəsəydi, oğlumuzun soyadını dəyişdirərdi”. 

Elnar vurğulayıb ki, boşanmasını efirlərdə danışması onun ən böyük səhvidir: 

“Mənim ən böyük səhvim xanımımla boşanmamızı el-aləmə bəyan etməyim oldu. Bunları açıqlamadan öz aramızda ayrılmış ola bilərdik. Amma bunu etmədim, bu da ondan qaynaqlanır ki, o zamanlar məhkəmə problemləri yaşadım, şəkər xəstəliyindən müalicə alırdım. Bu problemim şükürlər olsun ki, aradan qalxdı. Bir dönəm idi ki, tab gətirə bilmədim. Mən verdiyim qərarlardan deyil, tamaşaçılardan üzr istəyirəm.

Çünki verdiyim qərarlar doğrudur. Hesab edirəm ki, bu kimi məsələlərlə tamaşaçıların vaxtını oğurlamışam. “YouTube”da videolarıma baxıb heyifslənirəm ki, o danışıqlarım 17 illik musiqi təhsilimə ayıbdır. 11 ili elə “Bülbül”dəki təhsilimdir. Çox ayıbdır, gərək, etməzdim. Düşünürəm ki, susmaq lazım idi”. 
Qeyd edək ki, Elnar iki dəfə evli olub. Onun ilk nikahından bir oğlan övladı var. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ərdoğan: Tramp F-35-lərlə bağlı söz verib, indi onun yerinə yetirilməsini gözləyirik

Ərdoğan: Tramp F-35-lərlə bağlı söz verib, indi onun yerinə yetirilməsini gözləyirik

Pentaqon rəhbəri tədbirdə burnunu sildi - Məsxərəyə qoyuldu - VİDEO

Pentaqon rəhbəri tədbirdə burnunu sildi - Məsxərəyə qoyuldu - VİDEO

Kiyevdə kitab bazarında güclü yanğın - ANBAAN VİDEO

Kiyevdə kitab bazarında güclü yanğın - ANBAAN VİDEO

Selena Qomez və anası 1,2 milyon dollarlıq fırıldaqçılıqda ittiham olunur

Selena Qomez və anası 1,2 milyon dollarlıq fırıldaqçılıqda ittiham olunur

Ermənistanda sərnişin qatarının üzərinə elektrik xətti düşdü

Ermənistanda sərnişin qatarının üzərinə elektrik xətti düşdü

Moskva yaxınlığında Wildberries-in nəhəng logistika kompleksi yanır - VİDEO

Moskva yaxınlığında Wildberries-in nəhəng logistika kompleksi yanır - VİDEO

Bakının 556 küçəsi yuyuldu - FOTO

Bakının 556 küçəsi yuyuldu - FOTO

Bruney sultanı gəlinini kral titullarından məhrum etdi

Bruney sultanı gəlinini kral titullarından məhrum etdi

Bəxtiyar Vahabzadənin anadan olmasının 101-ci ildönümüdür

Bəxtiyar Vahabzadənin anadan olmasının 101-ci ildönümüdür

Bu gün "Sumqayıt" "Neftçi"ni sınağa ÇƏKƏCƏK

Bu gün "Sumqayıt" "Neftçi"ni sınağa ÇƏKƏCƏK

Serbiyada Dunay çayı dayazlaşır - Ən aşağı səviyyə

Serbiyada Dunay çayı dayazlaşır - Ən aşağı səviyyə

Kiyev ballistik raketlərlə vuruldu, dağıntılar var – FOTO-VİDEO

Kiyev ballistik raketlərlə vuruldu, dağıntılar var – FOTO-VİDEO

İndoneziyada güclü zəlzələ: 51 nəfər həlak oldu - VİDEO

İndoneziyada güclü zəlzələ: 51 nəfər həlak oldu - VİDEO

Tovuzda ağır qəza: ÖLƏN VAR - FOTO

Tovuzda ağır qəza: ÖLƏN VAR - FOTO

Sizi böyük uğurlar gözləyir -Şanslı həftədə diqqətli olun!

Sizi böyük uğurlar gözləyir -Şanslı həftədə diqqətli olun!

Almaniyada isti hava səbəbindən ölənlərin sayı 12 mini ÖTDÜ

Almaniyada isti hava səbəbindən ölənlərin sayı 12 mini ÖTDÜ

Hər gün yumurta yeməyin TƏHLÜKƏSİ üzə çıxdı

Hər gün yumurta yeməyin TƏHLÜKƏSİ üzə çıxdı

ABŞ siyasətini Dostoyevskinin sözləri ilə tənqid etdi – FOTO

ABŞ siyasətini Dostoyevskinin sözləri ilə tənqid etdi – FOTO

Bu ucuz 2-ci əl maşınları rahat 400-500 min kilometr sürəcəksiniz

Bu ucuz 2-ci əl maşınları rahat 400-500 min kilometr sürəcəksiniz

Qonşu ölkənin bir hissəsi istidən, digəri leysandan əziyyət çəkir

Qonşu ölkənin bir hissəsi istidən, digəri leysandan əziyyət çəkir

ABŞ-da universitetə silahlı HÜCUM – Yaralılar var – FOTO

ABŞ-da universitetə silahlı HÜCUM – Yaralılar var – FOTO

Qarpızı hər gün yemək olar? - Həkimdən bu xəstələrə XƏBƏRDARLIQ

Qarpızı hər gün yemək olar? - Həkimdən bu xəstələrə XƏBƏRDARLIQ

“Sabah”la oyuna görə “Hapoel”dən xüsusi qərar

“Sabah”la oyuna görə “Hapoel”dən xüsusi qərar

Hörmüz boğazında EKOLOJİ FƏLAKƏT – Zərər trilyonlarla ölçülür – VİDEO

Hörmüz boğazında EKOLOJİ FƏLAKƏT – Zərər trilyonlarla ölçülür – VİDEO

End of content

No more pages to load

RADİO