Xalq artisti Röya Ayxanın Moskvada terror akti nəticəsində təxirə düşən konserti ilə bağlı təşkilatçılar açıqlama yayıblar.
Bizim.Media xəbər verir ki, təşkilatçılar sənətçinin konsertinin keçiriləcəyi dəqiq tarixini açıqlamasalar da, satılan biletlərin qüvvədə qalacağını bildiriblər.
“Röya Ayxanın konserti daha uyğun bir tarixə qədər təxirə salınıb. Bütün biletlər qüvvədə qalacaq. Yeni tarix və saatla bağlı məlumat daha sonra veriləcək”, - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, estrada ulduzu Röya Ayxanın konserti “Crocus City Hall”da baş verən terrakta görə təxirə düşüb.
Rəşad Əliyev, Bizim.Media