Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloger Hüseyn Həsənov ötən axşam Moskvada baş vermiş dəhşətli terror hadisəsi ilə bağlı diqqət çəkən paylaşım edib.
Bizim.Media xəbər verir ki, bloger 28.2 milyonluq "Instagram" hesabının "Hekayə" bölümündə Rusiya xalqının birliyindən söz açıb.
“Terrorçuların milləti yoxdur. Qatillərin dini yoxdur. Ailələrə səbir. Təxribatlara aldanmayın və bir yerdə qalın. Rusiya xalqının birliyini heç kim poza bilməz”, - deyə Həsənov vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media