Ağadadaş Ağayev: “Dedi ki, sizə erməni pasportu düzəldək və Ermənistanda heykəlini ucaldaq” - ÖZƏL

Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayevin erməni müğənnisi Armen Aloyan tərəfindən “Dodağına gülüş qonub” və “Sevirəm de” mahnıları oğurlanıb. 

Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı sənətkarla əlaqə saxlayıb. 

A.Ağayev “Sevirəm de” nəğməsi ilə bağlı 41 il əvvəl başına gələn hadisədən də söz açıb: 

“Sevirəm de” mahnısını “Sovet” dövründə, yəni 1983-cü ildə ifa etmişdim. Bu ərəfədə isə mənim yeni “kasetim” çıxmışdı. O zaman heç mən evli də deyildim. O mahnıya görə bir erməni polis formasında yaşadığım Çapayev küçəsindəki evimə gəldi. Qapını döydü və dedi ki sizinlə söhbət etməliyəm. Onunla keçdik mətbəxə. O çantasından bir “Yerevan” konyakı və şokoladlar çıxartdı. Həmin erməni polis soyuducunun qapısını açıb gətirdiklərini ora qoydu. Söylədi ki, siz mənə güvənin. Sizi vətəndaşlığa götürək, erməni pasportu sizə hazırlayaq və Ermənistanın girişində sizə bir heykəl ucaldaq. Ona sual verdim ki, “Siz polissiniz və sizin bu söhbətlərə nə aidyyatınız var?”. O isə cavabında mənə “Düşək aşağa, avtomobilimə əyləşək...

Görəcəksən ki, orada sənin “kasetindən” başqa “kaset” yoxdur. Mən ancaq sənin mahnılarını dinləyirəm”. Bu isə tək məndə yox, bütün Ermənistanda belədir. Mən isə sənin yanına özbaşıma gəlməmişəm”.  Elə oldu ki, birlikdə aşağa düşüb avtomobilə əyləşdik. Bir-bir kasetləri oxutdurdu. Və gördüm ki, hamısında mənim mahnılarım və səsimdir.

O zaman güclü qar yağırdı. Bunun isə üstündə silah vardı və özü də yekəpər birisi idi. Dedim ki, mən bu haqda məsləhətləşib sənə sabah xəbər edərəm. Elə oldu ki, kinofilmdə işləyən Xanbala adlı dostuma zəng etdim dedim ki, yığ dostlarını, bu erməni polisini yaxşıca “əzişdirək” (döyək –red.)... Xanbala çox emosional və vətənpərvər insandır. İnanın içim dağılırdı bunun mənə o təklifindən, amma büruzə verməməyə çalışırdım.

Səhərisi gün mən bu həmin polis erməni ilə görüşməli idim. Dostlarımla görüş yerinə gəlsək də lakin erməni polisi ora gəlmədi. Düşünmüşdü ki, ora gəlsə, sağ-salamat çıxmayacaq”. 

Qeyd edək ki, Ağadadaş Ağayev redaksiyamıza açıqlamasında bildirib ki, yaxın zamanda 100-dən çox mahnısı üzərində hüquqlarını qorumaq üçün onları Əqli Mülkiyyət Agentliyinə təqdim edəcək.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fridrix Merts Trampla razılığa gəldi

Fridrix Merts Trampla razılığa gəldi

Pezeşkian: “İranı xəritədən silmək xülyası acizliyin təzahürüdür”

Pezeşkian: “İranı xəritədən silmək xülyası acizliyin təzahürüdür”

Gürcü patriarxı II İliya Tbilisidəki Sioni kafedral kilsəsində dəfn olundu - VİDEO

Gürcü patriarxı II İliya Tbilisidəki Sioni kafedral kilsəsində dəfn olundu - VİDEO

İlk oyunundan FOTOLARINI paylaşdı

İlk oyunundan FOTOLARINI paylaşdı

Namiq villasını nümayiş ETDİRDİ - VİDEO

Namiq villasını nümayiş ETDİRDİ - VİDEO

İstanbulda dağıntılar altında daha 2 nəfər qalıb

İstanbulda dağıntılar altında daha 2 nəfər qalıb

Bəhreyn İrana məxsus 145 raketi və 246 PUA-nı zərərsizləşdirdi

Bəhreyn İrana məxsus 145 raketi və 246 PUA-nı zərərsizləşdirdi

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Bu şəxslərə mühüm xəbər

Bu şəxslərə mühüm xəbər

“Real” bu futbolçu üçün 120 milyon ödəməyə hazırdır

“Real” bu futbolçu üçün 120 milyon ödəməyə hazırdır

Abbas Əraqçi Kaja Kallasla regiondakı hadisələri MÜZAKİRƏ ETDİ

Abbas Əraqçi Kaja Kallasla regiondakı hadisələri MÜZAKİRƏ ETDİ

Azərbaycanın bəzi çaylarında sululuq artır: SEL TƏHLÜKƏSİ - VİDEO

Azərbaycanın bəzi çaylarında sululuq artır: SEL TƏHLÜKƏSİ - VİDEO

Finlandiya prezidenti: "ABŞ daha xeyirxah hegemon deyil"

Finlandiya prezidenti: "ABŞ daha xeyirxah hegemon deyil"

Millimizlə oyun üçün Portuqaliya heyətini açıqladı

Millimizlə oyun üçün Portuqaliya heyətini açıqladı

Xərçəngdən müalicə alan Simonyanın övladı da sağalmaz XƏSTƏDİR

Xərçəngdən müalicə alan Simonyanın övladı da sağalmaz XƏSTƏDİR

“Sabah”dan ayrılan futbolçu bu klubla anlaşdı

“Sabah”dan ayrılan futbolçu bu klubla anlaşdı

Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı VERDİ

Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı VERDİ

Sərnişin avtobusunun sürücüsündən TƏHLÜKƏLİ MANEVR - VİDEO

Sərnişin avtobusunun sürücüsündən TƏHLÜKƏLİ MANEVR - VİDEO

Sürücülərin diqqətinə!

Sürücülərin diqqətinə!

Ərdoğan helikopter qəzası ilə bağlı başsağlığı verdi

Ərdoğan helikopter qəzası ilə bağlı başsağlığı verdi

İstanbul valisi: Dağıntılar altında qalan 9 nəfərdən 7-si xilas edildi

İstanbul valisi: Dağıntılar altında qalan 9 nəfərdən 7-si xilas edildi

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

“Neftçi”nin futbolçusu Latviya klubuna keçəcək

“Neftçi”nin futbolçusu Latviya klubuna keçəcək

End of content

No more pages to load

RADİO