Şou biznesdə “Renka” ləqəbi ilə məşhurlaşan ərəb rəqslərinin mahir ifaçısı Rəna Ağamuradova qəzaya düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Renka sosial şəbəkə hesabında özü məlumat yayıb.
Rəqqasə bir xanım sürücü tərəfindən avtomobilinin arxadan vurulduğunu qeyd edib.
O, maşınının fotosunu paylaşaraq qeyd edib ki, qəza zamanı əli əzilib: "Və gecə məni bir xanım vurdu. Uşağıma sürpriz etməyə gedirdim. Saat 00:00-da ad gününə getmək alınmadı. Gecikdim... Amma yaxşı qutardı. Əlim biraz əzilib" sözlərini yazıb.
Rəşad Əliyev, Bizim.Media