Roza: "Qadın dedi ki, "ərimdən əl çək, bizim 4 yaşlı uşağımız var"" - VİDEO

"Rəsmi olaraq 2 dəfə nikaha girmişəm. Qeyri-rəsmi isə bir dəfə nişanlı olmuşam. Yəni evliliyə gəlib çıxmayıb. Qızım Bənövşənin atası ilə 5 il ailəli olmuşam. Gələn il Bənövşənin 30 yaşı olacaq. Beş ildən sonra mən ayrılmışam. Sonra 5 il fasilədən sonra yenidən ailə qurmuşam. O şəxsdən övladım olmayıb. Onunla da ayrılmışam. Atalar 3 dəfədən deyib..."

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli dünyaca məşhur stilist və vizajist Anar Ağakişiyevin aparıcısı olduğu "Dəyişən cavab" verilişində deyib.

Sənətçi bildirib ki, həyat yoldaşı ona rəfiqəsinin dayısı qızı ilə xəyanət edib və bu münasibətdən övladı dünyaya gəlib. Məhz bu səbəbdən də Zərgərli ərindən boşanıb:

"Həyat yoldaşım mənimlə evli ola-ola yaxın rəfiqəmlə yox, sadəcə tanıdığım bir xanımın dayısının qızı ilə 4 il eşq yaşayıb. Belə deyim, "Qeyri rəsmi yaşanmış və övlad dünyaya gəlmiş. Övladın da artıq 4 yaşı var imiş". Bu məsələni isə təsadüfən öyrəndim. Bu məsələnin üstü açılanda, həyat yoldaşımın əşyaları çamodanlarda onu qapının önündə gözləyirdi. 

Günlərin bir günü mənə bağlı (gizli) nömrədən zəng gəldi. Qadın dedi ki, “ərimdən əl çək (gülür), ondan artıq 4 yaşında övladım var”. Cavabında söylədim ki, mənim qonşunun əri ilə işim yoxdur, sən bir ərinin adını de, bizim də xəbərimiz olsun. Qarşı tərəfin sözlərindən belə çıxdı ki, ailə qanunla deyil, sevgi ilə sayılır. Yenə ona cavab olaraq söylədim ki, mən rəsmi olaraq evliyəm. Əgər ərimdən çox xoşun gəlirsə, onu verim apar. Heç bir problem yoxdur. 

Mən həyat yoldaşımı dəlicəsinə sevmişəm. Mən ona görə mübarizə aparmadım ki,... Əgər bir kişi 4 il başqa qadınla yaşayır və orada uşaq dünyaya gəlirsə, mənim sevməyim nə çarədir və ya onun sevməyi nə çarədir!?

Bu məsələnin üstü açılandan sonra həyat yoldaşımın izahatı belə oldu ki, “təsadüf bir münasibətdən qadın hamilə qaldı və məni şantaj etdi ki, “səni saytlarda biabır edəcəyəm ki, Roza Zərgərlinin ərindən uşağım var””. Mən də ona cavabında söylədim ki, kaş sən mənə bunu öncədən deyərdin. Mənə deyilsəydi, ən pis halda kənardan uşağa maddi vəsait göndəriləcəkdi, ən yaxşı halda isə uşağı özüm götürüb saxlayacaqdım. Halal ərimin uşağıdır da... 

Mən sevsəm belə ərimdən dörd ilin yalanına görə ayrıldım. Mən 3 ildir ki, tənhayam".
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çin Sədri İlham Əliyevi təbrik edib

Çin Sədri İlham Əliyevi təbrik edib

Fransanın sabiq baş naziri VƏFAT EDİB

Fransanın sabiq baş naziri VƏFAT EDİB

Əli Laricanin məzarının FOTOSU

Əli Laricanin məzarının FOTOSU

Ermənistan-Türkiyə sərhədinin açılacağı tarix bəlli oldu - KİV

Ermənistan-Türkiyə sərhədinin açılacağı tarix bəlli oldu - KİV

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Şəhid anası: “Onları yanımda görəndə elə bilirəm Rəvan da yanımdadır” – VİDEO

Şəhid anası: “Onları yanımda görəndə elə bilirəm Rəvan da yanımdadır” – VİDEO

Moskvanın mərkəzində güclü yanğın - Ölənlər var - VİDEO

Moskvanın mərkəzində güclü yanğın - Ölənlər var - VİDEO

Azərbaycan Prezidenti: “Bizdə indi idxal həcminin azaldılması istiqamətində işlər aparılır”

Azərbaycan Prezidenti: “Bizdə indi idxal həcminin azaldılması istiqamətində işlər aparılır”

“Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib” - Prezident

“Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib” - Prezident

İlham Əliyev: “Şamaxı-İsmayıllı-Qəbələ avtomobil yolu gələn il istifadəyə veriləcək”

İlham Əliyev: “Şamaxı-İsmayıllı-Qəbələ avtomobil yolu gələn il istifadəyə veriləcək”

Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib - FOTO

Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib - FOTO

İlham Əliyev "Şirvan Aqro" heyvandarlıq kompleksinin açılışında – FOTO

İlham Əliyev "Şirvan Aqro" heyvandarlıq kompleksinin açılışında – FOTO

Putin Çinə GEDİR

Putin Çinə GEDİR

Nyu-Yorkdakı təyyarə qəzasında iki pilot həlak olub

Nyu-Yorkdakı təyyarə qəzasında iki pilot həlak olub

Azərbaycanda şəkər istehsalı 34%-ə yaxın artıb

Azərbaycanda şəkər istehsalı 34%-ə yaxın artıb

Mənzildə düzgün hava axınını təşkil etməyin SADƏ YOLU

Mənzildə düzgün hava axınını təşkil etməyin SADƏ YOLU

Uzun mətnlər yazanlarda şizofreniya əlamətləri aşkarlandı

Uzun mətnlər yazanlarda şizofreniya əlamətləri aşkarlandı

Tanınmış fotoqrafın evində yanğın hadisəsi baş verdi - VİDEO

Tanınmış fotoqrafın evində yanğın hadisəsi baş verdi - VİDEO

İranın televiziya mərkəzinə raket zərbəsi endirildi

İranın televiziya mərkəzinə raket zərbəsi endirildi

Universitet tələbəsi vəfat etdi

Universitet tələbəsi vəfat etdi

İlham Əliyev: “İslamabadda "ASAN xidmət"in başlaması dövlətlərarası əməkdaşlığın praktiki nəticəsidir

İlham Əliyev: “İslamabadda "ASAN xidmət"in başlaması dövlətlərarası əməkdaşlığın praktiki nəticəsidir

Yaşlanmaqdan ən çox qorxan BÜRCLƏR

Yaşlanmaqdan ən çox qorxan BÜRCLƏR

Prezident Şahbaz Şərifi təbrik etdi

Prezident Şahbaz Şərifi təbrik etdi

İlham Əliyev Şamaxıda – FOTO

İlham Əliyev Şamaxıda – FOTO

End of content

No more pages to load

RADİO