Bəstəkar-müğənni Murad Arif ikinci solo konsertə hazırlaşır.
Bizim.Media xəbər verir ki, musiqili gecə mayın 23-də ölkənin əsas səhnəsi Heydər Əliyev Sarayında baş tutacaq.
Konserti ilə bağlı Murad bu fikirləri bölüşüb:
“1 ilə yaxındır ki, ilk konsertimin eyforiyasındayam. Səhnəyə hakim olan, sevən, onun üçün yaradılmış biri olduğumu anlayaraq, ölkənin ən əsas səhnəsində - sarayda ikinci konsertimə hazırlaşıram. Həyəcanlıyam... Həyəcandan da çox, səbrsizlənirəm. Zalın mahnılarımı mənimlə əzbər oxumasına, işıqlarına və alqışlara “acam”. Bu dəfə daha inamlı, sərbəst və böyük enerji ilə gəlirəm. Konsertin adını hər kəsin dilində olan xitabla əlaqələndirdim. Bəllidir ki, “hitmaker” mənəm. Bunu bir daha sübut edəcəyəm”.
Rəşad Əliyev, Bizim.Media