Xəbər verdiyimiz kimi, aparıcı İlkin Həsəninin bloger həyat yoldaşı Ayseldən ayrılması haqda məlumat yayılıb.
Bizim.Media xəbər verir ki, Aysel sözügedən məsələ ilə bağlı izləyicisindən ona gələn sualı cavablandırıb.
“Siz ayrılmısınız?” sualına bloger “Xeyr” qısa cavabını verib. İlkin isə sosial şəbəkə hesabında evindən oğlu Raulu qucağında tutarkən çəkdiyi görüntüləri paylaşıb.
Qeyd edək ki, İlkin və Ayselin rəsmi boşandıqları bildirilib. Cütlüyün Alisa və Raul adlı iki övladı var.
Rəşad Əliyev, Bizim.Media