Nüfuzlu “Avroviziya 2024” beynəxalq mahnı müsabiqəsinin yarımfinalının püşkatma mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, İsveçin Malmö şəhərində keçiriləcək yarışmada ölkəmiz mayın 7-də birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək.
Ölkəmiz birinci yarımfinalda Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq, Avstraliya, Moldova ilə yarışacaq.
İkinci yarımfinalda isə Avstriya, Malta, İsveçrə, Yunanıstan, Çexiya, Albaniya, Danimarka,Ermənistan, İsrail,Estoniya, Gürcüstan, Hollandiya, Norveç, Latviya, San Marino mübarizə aparacaq. Müsabiqənin ikinci yarımfinalı mayın 9-da, finalı isə mayın 11-də keçiriləcək.
Rəşad Əliyev, Bizim.Media