Sosial şəbəkələrdə “Neftçi” futbol klubunun Xalq artisti Miri Yusiflə müqavilə imzalaması haqda informasiya yayılıb. Məlumatda müğənniyə bunun üçün 21480 manat qonorar verildiyi iddia olunub.
Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı Miri Yusifin prodüseri və “Neftçi”nin idman direktoru Emin Əfəndi ilə əlaqə saxlayıb.
O, yayılan 21480 manatlıq qonorarı təkzib edib:
““Neftçi” PFK olaraq bildiririk ki, bu əməkdaşlıq 2023-cü il 20 iyunda klubun həmin dönəmdəki rəhbərliyinin sifarişi ilə baş tutmuşdu. Musiqisi Eldar Mansurova, sözləri Fariz Zeynalova aid olan “Neftçi” haqda bəstə klubun istəyi əsasında hazırlanıb, kluba təqdim olunmuşdu”.
Rəşad Əliyev, Bizim.Media