Sevda Sanaliyeva: “Uşaqlarımın qarşısına yad kişi gətirə bilmərəm” – VİDEO 

Ötən ilin yanvarında müğənni Sevda Sanaliyevanın sosial şəbəkə hesabında paylaşdığı fotoda nişan barmağına brilliant daşlarla bəzədilmiş üzük taxması onun 3-cü dəfə ərə getməsi kimi xəbərlərin yayılmasına səbəb oldu. 

Bizim.Media xəbər verir ki, sənətçi uzun müddətdən sonra “Rəngarəng səhər” verilişinə çıxaraq haqqında gəzib-dolaşan evlilik söz-söhbətlərinə son qoyub. 

Sevda bildirib ki, sözügedən üzüyü özünə hədiyyə edib və bunun 3-cü dəfə ailə qurması ilə heç bir əlaqəsi yoxdur: 

“Bu, mənim səhvim idi. Həmin gün özümə brilliant üzük hədiyyə almışdım. Amma səhvim onda oldu ki, üzüyü nişan barmağıma taxdım və üstəlik Kutsinin “Benimle evlenirmisin?” mahnısı ilə fotomu sosial şəbəkə hesabımda paylaşdım. Heç bilmirəm, bunu niyə etdim. Üstündən heç yarım saat keçmədi ki, gündəm oldu. Bu üzüyün 3-cü dəfə evliliklə heç bir əlaqəsi yoxdur”. 

Proqramın gedişatında verilişin aparıcısı Zaur Nəbioğlu “Sizə bir məşhur müğənni evlilik təklifi edib?” sualı ilə S.Sanaliyevaya müraciət edib. 

Müğənni isə cavabında bunun şayiə olduğunu bildirib: 

“3-cü dəfə ailə qurmaq kimi bir fikrim yoxdur. 2 övlad böyüdürəm. Onları isə tək böyüdürəm. Uşaqlarımın bütün məsuliyyəti isə mənim üzərimdədir. Bunun üçün isə atdığım hər addımıma diqqət və fikir verməliyəm. Mənə heç bir məşhur müğənni tərəfindən evlilik təklifi olmayıb. Belə bir şey yoxdur. Heç belə bir təklifin olmasını belə istəmirəm.

Bütün həyatımı həsr etmişəm 9 yaşlı oğluma və 8 yaşlı qızıma. Üçüncü dəfə ailəni axı necə qura bilərəm? Bu barədə isə ümumiyyətlə danışmaq istəmirəm. İstəmirəm ki, belə bir xəbərlər də yazılsın. Uşağım o xəbərləri oxuya bilər və pis olar. Heç vaxt ailə qurmaram sözünü demirəm. O sözlə çox razıyam. Uşaqlarıma qarşı çox həssasam.

Nə qızımın, nə də ki, oğlumun qarşısına yad kişini gətirə bilmərəm. Onlar böyükdürlər artıq. Bələkdə olsaydılar, bu başqa məsələ. Birinci növbədə övladlarımdır, sonra mənim işimdir. Sənəti kənara ata da bilərəm, heç vecimə də deyil. Çünki onlara ziyan gələ bilər. Oğlum mənə desə ki, sənəti at, əlbəttə ki ataram.
Oğlum ne deyir, onu da edirəm. Oğlumun nədən xoşu gəlmirsə, o mənim üçün əmrdir. Uşaqlarıma ata əvəziyəm. O boşluğu da mən doldururam.

Oğlumun da qızımın da başı dik olmalıdır. Həyatımda kişi də, ata da mənim oğlumdur, qızım isə anamdır.

İki dəfə ailə qurdum, amma alınmadı. Daha bəsdir. Çox xoşbəxt və hüzurluyam. Bütün günü evdə uşaqlarımla bir-birimizə “səni sevirəm” deyə-deyə yaşayıram. Uşaqlarım mənsiz yaşaya bilmirlər. İşdən evə gələndə onlar mənim ayağımı, əlimi masaj edib, öpüb, qucaqlayırlar”. 

Qeyd edək ki, S.Sanaliyevanın ilk toyu 2014-cü ilin iyunun 25-də baş tutub. Elə həmin ilin sentyabrında sənətçi üç aylıq hamilə olduğunu açıqlayıb. 2015-ci ilin fevralında sənətçinin oğlu Elgün dünyaya gəlib. Sevdanın qızı isə 2016-cı ilin avqustunda doğulub. O, qızının atasının Cəmil bəy olduğunu, onunla evləndiyini mediaya açıqlayıb.
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu iki əlamətə DİQQƏT EDİN – Xərçəngin XƏBƏRÇİSİDİR

Bu iki əlamətə DİQQƏT EDİN – Xərçəngin XƏBƏRÇİSİDİR

Yaxşı Ana kimdir?- Mükəmməllik lazım deyil

Yaxşı Ana kimdir?- Mükəmməllik lazım deyil

Məşhur reperə iş kəsildi

Məşhur reperə iş kəsildi

Azərbaycanlılar Gürcüstandan deportasiya olundu

Azərbaycanlılar Gürcüstandan deportasiya olundu

Əfsanəvi Elnur Məmmədov bomj kimi həyatını itirdi - FOTO

Əfsanəvi Elnur Məmmədov bomj kimi həyatını itirdi - FOTO

Bakı aeroportu cədvəlini DƏYİŞİR

Bakı aeroportu cədvəlini DƏYİŞİR

Bu avtomobillər kəskin bahalaşdı - VİDEO

Bu avtomobillər kəskin bahalaşdı - VİDEO

"Euronews"da Azərbaycan paxlavasına həsr olunmuş reportaj yayımlanıb

"Euronews"da Azərbaycan paxlavasına həsr olunmuş reportaj yayımlanıb

Xamenei ABŞ-la danışıqlara razılıq verdi

Xamenei ABŞ-la danışıqlara razılıq verdi

Lənkəranda avtomobil AŞIB – Yaralılar var

Lənkəranda avtomobil AŞIB – Yaralılar var

Ağstafada mikroavtobus qəzaya düşdü - Xəsarət alanlar var

Ağstafada mikroavtobus qəzaya düşdü - Xəsarət alanlar var

Həmkarından Brilliant Dadaşovaya – “Belə mahnı oxuma, efirə sanballı çıx..." - VİDEO

Həmkarından Brilliant Dadaşovaya – “Belə mahnı oxuma, efirə sanballı çıx..." - VİDEO

"Gəray bəy" obrazı ilə yaddaşlara həkk olan Həsənağa Turabovun doğum günüdür

"Gəray bəy" obrazı ilə yaddaşlara həkk olan Həsənağa Turabovun doğum günüdür

Türkiyə Azərbaycandan aldığı neftin həcmini 3 dəfədən çox artırıb

Türkiyə Azərbaycandan aldığı neftin həcmini 3 dəfədən çox artırıb

Azərbaycanda ciddi su problemi yarana bilər

Azərbaycanda ciddi su problemi yarana bilər

Analar daha fədəkar olmaq istəmirlər- İLGİNC SƏBƏBLƏR

Analar daha fədəkar olmaq istəmirlər- İLGİNC SƏBƏBLƏR

Sabahdan hava PİSLƏŞƏCƏK

Sabahdan hava PİSLƏŞƏCƏK

Elektrikli avtobuslar sərnişinləri GECİKDİRİR? – MÜHÜM AÇIQLAMA

Elektrikli avtobuslar sərnişinləri GECİKDİRİR? – MÜHÜM AÇIQLAMA

“Aİ-92” markalı benzin ucuzlaşacaq? - AÇIQLAMA

“Aİ-92” markalı benzin ucuzlaşacaq? - AÇIQLAMA

Bir döyüşdə 20 düşmən əsgərini məhv edən, özünə şəhidliyi arzulayan QƏHRƏMAN – Doğum günü olan Pəncəli Teymurovun HƏYAT YOLU

Bir döyüşdə 20 düşmən əsgərini məhv edən, özünə şəhidliyi arzulayan QƏHRƏMAN – Doğum günü olan Pəncəli Teymurovun HƏYAT YOLU

Zəlzələni proqnozlaşdıracaq yeni üsul

Zəlzələni proqnozlaşdıracaq yeni üsul

Qonşusu “Velizar”ı polisə şikayət etdi – VİDEO

Qonşusu “Velizar”ı polisə şikayət etdi – VİDEO

Məşhurların ölümünü niyə şəxsi itki kimi qəbul edirik? - HƏSSAS NÜANSLAR

Məşhurların ölümünü niyə şəxsi itki kimi qəbul edirik? - HƏSSAS NÜANSLAR

Yer kürəsini böyük TƏHLÜKƏ gözləyir

Yer kürəsini böyük TƏHLÜKƏ gözləyir

End of content

No more pages to load

RADİO