Elza meyxanaçı Vüqarı polisə "verib"

Əməkdar artist Elza Seyidcahan meyxanaçı Vüqar Əbdülovu polisə "verib". 

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Xəbərin var?” verilişində məlumat verib. 

Sənətçi bildirib ki, söz xiridarını polisə versə də, onu sonradan bağışlayıb: 

“Mən Vüqara meyxanaçı yox, “keyxanaçı” deyirəm. O, mənim üçün “keyxanaçı”dır. O və onun ətrafında olanlar “Meyxəbər” adlı verilişləri baxılsın deyənə, məni və sənətimi məsxərəyə qoyurdular. Mən Vüqarı polisə şikayət elədim. Amm mən çox peşmanam, gərək təkcə Vüqarı yox, onunla veriliş aparan digər şəxsləri də verərdim polisə. Əgər onlar sənətə çılpaq kimi baxıb, görürlərsə o onların şəxsi işləridir. Mən yazmışam ki, “Qazanım daşdı, kəfini yedim”.

Vüqar isə deyir ki, “Qazanı aşdım, kəfini yedim”. Yekə kişisən, saçın-saqqalın ağarıb, səninlə çörək kəsmişəm, evimə gəlmisən, mən də sizin evinizə gəlmişəm, sən də mənə qarşı kiçik də olsa hörmətin olsaydı, haqqımda belə sözlər danışıb məni sosial şəbəkələrdə təhqir etməzdin.

Onlar mənim şeirlərimi öz verilişlərdə ələ salırdılar. Mən onu məhkəməyə verərdim. Amma polisdə Vüqar özünü elə aparırdı ki... Mənə sonra yaxınlarım söylədilər ki, nahaq sən Vüqarı bağışlamısan.  Çünki o səhvini başa düşmədi. Mən öz kitabımı ona orada göstərdim. Bir sıra vətənpərvər şeirlərimi göstərdim. Qurban olasan Hacı Nazim Məmmədova ki, o səni müğənni etdi. Bütün bizim musiqimizi meyxalaşdırmısan. Müğənniləri də pula görə meyxanalaşdırmısız.
Heç bunlara görə mən sənə bir söz də deməmişəm. Amma sən mənim şeir yazmağıma şübhə edirsən.  Sən məni təhqir elətdirməyə ixtiyarın yoxdur”. 

Qeyd edək ki, bir müddət əvvəl V. Əbdülov E.Seyidcahanın ünvanına “Elza şeir yazmasın. O, şeir yaza bilmir.

Bir də görürsən, girir şeirlərin içinə “ana qaz, ananas”... Etmə belə başına dönüm sənin, Elza” sözlərini deyib. Elza isə “Bir insanın ki, həyatı eyş-işrətdən, gecə klublarından ibarətdirsə, mənim şeirlərimi başqa istiqamətə yozacaq” - deyə, Vüqara cavabını vermişdi. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qahirə Universitetinin tələbələri "Azərbaycan" şeirini dedilər - VİDEO

Qahirə Universitetinin tələbələri "Azərbaycan" şeirini dedilər - VİDEO

Ermənistanda zəlzələ olub

Ermənistanda zəlzələ olub

İranda öldürülən Əli Laricaninin yerinə TƏYİNAT

İranda öldürülən Əli Laricaninin yerinə TƏYİNAT

Ombudsman DTX təcridxanasına baş çəkib - FOTO

Ombudsman DTX təcridxanasına baş çəkib - FOTO

“Mama uşağı” PROBLEMİ - Qayınananızla necə davranmalısınız?

“Mama uşağı” PROBLEMİ - Qayınananızla necə davranmalısınız?

İsrail Müdafiə naziri Livanla bağlı xəbərdarlıq edib

İsrail Müdafiə naziri Livanla bağlı xəbərdarlıq edib

Buzovnada qaya daşlarını zədələyən şəxs SAXLANILDI

Buzovnada qaya daşlarını zədələyən şəxs SAXLANILDI

Bu istiqamətə uçuşlar noyabra qədər təxirə salındı

Bu istiqamətə uçuşlar noyabra qədər təxirə salındı

Prezidentin İZİ İLƏ – Jurnalistlər “Şirvan Aqro” heyvandarlıq kompleksində - FOTO

Prezidentin İZİ İLƏ – Jurnalistlər “Şirvan Aqro” heyvandarlıq kompleksində - FOTO

Bu iki əlamətə DİQQƏT EDİN – Xərçəngin XƏBƏRÇİSİDİR

Bu iki əlamətə DİQQƏT EDİN – Xərçəngin XƏBƏRÇİSİDİR

Yaxşı Ana kimdir?- Mükəmməllik lazım deyil

Yaxşı Ana kimdir?- Mükəmməllik lazım deyil

Məşhur reperə iş kəsildi

Məşhur reperə iş kəsildi

Azərbaycanlılar Gürcüstandan deportasiya olundu

Azərbaycanlılar Gürcüstandan deportasiya olundu

Əfsanəvi Elnur Məmmədov bomj kimi həyatını itirdi - FOTO

Əfsanəvi Elnur Məmmədov bomj kimi həyatını itirdi - FOTO

Bakı aeroportu cədvəlini DƏYİŞİR

Bakı aeroportu cədvəlini DƏYİŞİR

Bu avtomobillər kəskin bahalaşdı - VİDEO

Bu avtomobillər kəskin bahalaşdı - VİDEO

"Euronews"da Azərbaycan paxlavasına həsr olunmuş reportaj yayımlanıb

"Euronews"da Azərbaycan paxlavasına həsr olunmuş reportaj yayımlanıb

Xamenei ABŞ-la danışıqlara razılıq verdi

Xamenei ABŞ-la danışıqlara razılıq verdi

Lənkəranda avtomobil AŞIB – Yaralılar var

Lənkəranda avtomobil AŞIB – Yaralılar var

Ağstafada mikroavtobus qəzaya düşdü - Xəsarət alanlar var

Ağstafada mikroavtobus qəzaya düşdü - Xəsarət alanlar var

Həmkarından Brilliant Dadaşovaya – “Belə mahnı oxuma, efirə sanballı çıx..." - VİDEO

Həmkarından Brilliant Dadaşovaya – “Belə mahnı oxuma, efirə sanballı çıx..." - VİDEO

"Gəray bəy" obrazı ilə yaddaşlara həkk olan Həsənağa Turabovun doğum günüdür

"Gəray bəy" obrazı ilə yaddaşlara həkk olan Həsənağa Turabovun doğum günüdür

Türkiyə Azərbaycandan aldığı neftin həcmini 3 dəfədən çox artırıb

Türkiyə Azərbaycandan aldığı neftin həcmini 3 dəfədən çox artırıb

Azərbaycanda ciddi su problemi yarana bilər

Azərbaycanda ciddi su problemi yarana bilər

End of content

No more pages to load

RADİO