Aktyor Elməddin Cəfərov küllü miqdarda borcunun olduğunu açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu haqda aktyor qonaq olduğu "Rəngarəng səhər" proqramında məlumat verib.
Cəfərov bildirib ki, rejissoru olduğu serialda rol alan aktyorların məvaciblərini ödəmək üçün borca girib:
"Hazırda bank yox, işlə bağlı fərdi borcdur. Planımda yox idi, seriala başladıq, reytinqdə birinci olduq. Bir günün içində bir neçə sponsor çıxdı. Səbəb demədilər. Borc götürdüm ki, işlərim dayanmasın. 68 min borcum var. Sponsor var, amma xərcin ödənməsinə yardım etmir".
Rəşad Əliyev, Bizim.Media